Uğurlu karyera üçün hansı addımları atmalıyıq? | Banco.az

Uğurlu karyera üçün hansı addımları atmalıyıq?

Əgər əmin deyilsinizsə o zaman sizin şəxsi marketinq kampaniyanız olaraq atacağınız ilk addım öz-özünü dürüst olaraq təhlil etmə mərhələsi olacaqdır. Karyera yolunuzu müəyyən və ya təsdiq edəcək şəkildə müəyyən sıralama ilə özünüzə bəzi diaqnostik suallar verməyiniz vacibdir.

  • Şəxsiyyət olaraq mən kiməm?
  • Öz karyeramdan nə istəyirəm?
  • Hal-hazırda karyera yolumun hansı nöqtəsindəyəm?
  • Növbəti mərhələdə nə əldə etmək istərdim?
  • Nəticə olaraq özümü harada görürəm?

Heç kəs həyatdan istədiyinin hələ nə olduğunu bilmədən heç bir şey əldə edə bilməz. Səy göstərən namizədlər üçün oturub rezyume yazaraq göndərməyin mənası vardır. Əgər siz hansı işi əldə etmək istədiyinizdən əminsinizsə bununla indidən məşğul olun. Lakin həqiqətdə bundan nə dərəcədə əminsiniz?

Bir çox insanlar düşünürlər ki, onlar nə istədiklərini bilirlər. Lakin buna nail olduqda həqiqət məyusluqla əvəz olunur. Keçən il siz maliyyə direktoru olmaq istədiyinizdən əmin idiniz. Bəs bu il necə?

Karyeranızın indi, beş ildən, on ildən və işdən çıxana qədər necə qurulacağını götür-qoy etmək vaxtın boş yerə sərf edilməsi deyil. Hərəkət etmədən yalnız düşüncələrə qapılmaq sizi bir yerə çıxarmaz. Uğurlu karyera üçün atılacaq addımlar üçün konstruktiv düşünmək isə sizə bir neçə nöqteyi-nəzərdən yaxşı xidmət göstərəcəkdir. Buraya aşağıdakıları daxil etmək olar:

  • Hal-hazırda nə istədiyinizi açıq-aşkar müəyyən etmək;
  • əvvələr nəzərdən keçirilməmiş imkanların müəyyən edilməsi;
  • məqsədə çatmağa çalışmaq üçün motivasiyanın gücləndirilməsi.

Hal-hazırda nə istədiyinizi açıq-aşkar müəyyən etmək

Vaxt keçdikcə bizim arzu və ehtiyaclarımız dəyişir.

Karyeranıza diler olmaq arzusu ilə başlayanda bu indi nə istədiyinizin göstəricisi ola bilərmi?

Ən sərfəli kredit üçün müraciət et

Siz əvvəlki kimi rəqiblərinizin uzun-uzadı təzyiqləri ilə barışmağa hazırsınızmı?

Yəqin ki, indi sizi bək-ofisdə (back office) sakit bir vəzifə və ya əməkdaşların təlimi və idarə edilməsi fikirləri cəlb edir.

Yolda batıb qalmaq kimi risk mövcuddur. Əgər biz karyeramıza müəyyən bir yolla hərəkət edərək başlayırıqsa, bir qayda olaraq bizi əhatə edən mühit bizdən həmin yolu davam etməyimizi gözləyir və daxili səs bizə “bəlkə yolu dəyişək” dedikdə belə biz o yolla hələ də hərəkət etmiş oluruq. Nə işlə məşğul olmağınız üçün bir müddət sərf edərək düşünülmüş bir qərarın verilməsinin mənası vardır. Çünki bu daxili səsinizi daha aydın eşitməyə imkan verəcəkdir.

Keçmişdə əhəmiyyət verilməyən imkanların müəyyən edilməsi

Əgər siz işinizdən nə istədiyinizdən əmin deyilsinizsə, özünüzə sərbəstlik verin və fərz edin ki, siz müxtəlif məşğuliyyətləri özündə əks etdirən geniş bir dairəyə cəlb olunmusunuz. Kimi tanıdığınızı və kimin işi sizi maraqlandırdığını, bir sözlə hər bir şey haqqında düşünün. Sizə ilham verən keçmiş arzularınıza qayıda bilər və kolleci bitirdikdən sonra bilmədiyiniz və ya nəzərdən keçirmədiyiniz yeni bir iş variantını kəşf edə bilərsiniz.

Məqsədlərinə çatmaq üçün motivasiyanın gücləndirilməsi

Elə ola bilər ki, uğurlu karyera haqqında arzular bir növ sizin ilk olaraq seçdiyiniz karyera yolunun davamı ola bilər. Fərz edək ki, beş illik iş həyatınızdan sonra siz bir məhdud məsuliyyətli şirkətin kommersiya şöbəsinin rəhbəri, iki ildən sonra direktorlar şurasının üzvü, beş ildən sonra isə baş direktor oldunuz. O zaman sizdə əminlik meydana gələcəkdir ki, doğru yoldasınız və arzularınızın nə olduğunu bilirsiniz. Bunu dərk etmək işinizin yaxşı şəkildə yerinə yetirilməsi və motivasiyanın gücləndirilməsinə səbəb olacaqdır.

Əgər sizin arzunuz başqa yola istiqamətlənməkdirsə, o zaman özünüzü yeni iş yerində təsəvvür etməniz real dəyişikliklərə təkan vercəkdir. İstiqamətin dəyişdirilməsi heç də asan olmayacaqdır. Sizə başqalarını, hətta partnyorlarınızı və işəgötürəninizi əmin etmək lazım gələcəkdir ki, sizin fikirləriniz ciddidir. Əgər arzularınız sizə ilham verirsə, belə bir stimula sahib olmaqla onları reallaşdıra bilərsiniz.

unec.edu.az

Ən sərfəli krediti almaq üçün müraciət et