Uğurla fəaliyyət göstərəcək kafe açmanın yolları: 10 məsləhət | Banco.az

Uğurla fəaliyyət göstərəcək kafe açmanın yolları: 10 məsləhət

Öz kafenizin olmasını arzulayırsınız? Elə isə bizim məsləhətlərimiz arzularınızdakı kafeni açmaq üçün yararlı göstəriş olacaq. Aşağıdakı tövsiyələri rəhbər tutmaqla, nəticədə insanların dostları və ya ailəsi ilə istirahət etmək, dadlı yeməklərdən zövq almaq və ya sadəcə iş arası fasilədə nahar etmək üçün gəldikləri əla bir məkan sahibi olacaqsıznız. Səriştə və biliklə hazırlanmış Biznes Plan qurun.

1. Uğurlu kafe açmağa gedən yolun 1-ci addımı- biznes planın qurulmasından başlayır. Sənədin hazırlanması zamanı müştəri bazasını müəyyənləşdirəcək, rəqiblərin tədqiqatını aparacaq, kafenin inkişaf planları üzərində düşünəcəksiniz. Bu biliklər sayəsində siz öz strategiyanızın, kafe işlətmə konsepsiyasının və ümumilikdə kafe biznesinin müsbət və mənfi cəhətlərini, eləcə də maliyyə, təşkilatı və psixoloji problemlərin aradan qaldırılması metodlarını aydınlaşdıracaqsınız.

2. Əlavə investisiya mənbəyi tapın. Çox halda kafe sahibi olmaq istəyən insanlar onun tam təşkil olunması və fəaliyyətə başlaması üçün lazımi qədər maliyyə imkanına malik olmurlar. İnvestorlara öz biznes planınızı göstərin və onlara kafenin gələcəyi haqda ətraflı məlumat verin. Müxtəlif kredit proqramlarından yararlanmaq da məqsədəuyğun olar.

3. Kafe üçün yer seçin. Heç şübhəsiz kafenin yerləşəcəyi ərazi sizin gələcək uğurunuza əhəmiyyətli təsir edəcək. Bu səbəbdən onun üçün yaxşı yer seçməyə lazımi qədər diqqət verməlisiniz. Çox güman ki, yer axtarmaq və tapmaq prosesinə bir gündən çox vaxtınız gedəcək, lakin bu ağır görünən işi marağa çevirmək öz əlinizdədir.

4. Kafenin tərtibatının planlaşdırılması. Əlverişli yerin tapılması hələ onun planının kafe üçün tam yararlı olacağı demək deyil. Gələcək kafenin sahəsi elə planlaşdırılmalıdır ki, orada müştərilər üçün olduğu qədər işçilər üçün də rahatlıq olsun. Axı kafe heyəti mətbəxə, kassaya və inzibatçı əməkdaşlara tez və asan çatmalıdır. Bu xüsusilə qarsonlara (yeməkpaylayanlara) aiddir. Özünüzü müştərinin yerinə qoyun və kafenin interyeri üçün yaxşı bir plan hazırlayın. Planı sadəcə vərəqdə çəkə, pulsuz proqramlardan (Autodesk Homestyler, Room Skercher, Floorplanner и Gliffy) istifadə edərək özünüz hazırlaya bilərsiniz və yaxud professional dizaynerin xidmətlərindən yararlana bilərsiniz.

5. Mühasib tutun. Kiçik biznes üçün ən yaxşı məsləhətçi- mühasibdir. Mühasib maliyyə və vergi məsələlərini həll edərkən siz öz vaxtınızı sırf işinizə ayıra biləcəkdiniz. Bəzi hallarda kafelərin maliyyə məsələlərinin idarəedilməsində hibrid avtomatlaşdırma sistemlərindən(məsələn Jowi) istifadə olunur. Elektron mühasibatlığa söykənən bu sistemlər sayəsində maliyyə ilə bağlı bütün prosesləri avtomatlaşdırmaq; satışın, alışın, qəbzlərin, xərclərin və gəlirlərin ümumi uçotunu aparmaq, əməkdaşların cərimələrinə nəzarəti həyata keçirmək mümkündür. Beləliklə işə götürdüyünüz mühasibin vəzifəsi sadəcə vergi ilə bağlı məsələləri həll etməklə məhdudlaşacaq və siz ona yüksək əmək haqqı ödəməkdən azad olmuş olacaqsınız.

Ən sərfəli kredit üçün müraciət et

6. Büdcənizi düzgün bölüşdürün. Aydındır ki, biznesiniz ən azı ilk 4-8 ay gəlir gətirməyəcək. Siz əlbəttə bu müddətdə necəsə yaşamalısınız. Minimum növbəti 6 ay üçün şəxsi xərclərinizi ödəyə biləcəyiniz qədər pulunuzun qaldığına əmin olun.

7. Avadanlıqların qiymətinin əvvəlcədən monitorinqini aparın. Vaxtınızın çoxu kafenin planlaşdırılması və maliyələşdirilməsi işlərinə gedəcəyindən, avadanlıqlar barədə də unutmamalısınız. Hər avadanlıq vahidi üçün azı iki fərqli qiymət təklifi tapmalısınız ki, hansının daha ucuz olduğunu müəyyənləşdirə biləsiniz. Kafe açarkən, qənaət etməyi bacarmaq lazımdır. Lakin qənaət dalınca qaçarkən, əlbəttə ki öncə keyfiyyəti nəzərdə saxlamaq vacibdir.

8. Marketinq kompaniyası. Kafenin açılışına ən azı 2 ay qalmış marketinq kompaniyası aparamaq lazımdır. Məsələn, reklam məqsədilə müxtəlif aksiyalar keçirmək, açılış gününə qatılacaq qonaqlara pulsuz kofe və ya kokteyl içmək imkanı verən xüsusi dəvət vərəqələri hazırlamaq və s. Açılış günü arzu edən hər kəsin restoranda pulsuz şəkil çəkdirə biləcəyi haqda elan yayıb, açılışa yerli mədəniyyət portalının fotoqrafını çağırmaqla, populyar sosial şəbəkələrdə reklam hesabları açmaqla, açılışı yerli media portallarında, əgər imkan olarsa hətta KİV-də belə işıqlandıra bilərsiniz.

9. Loqo və konsepsiya. Kafenizin nişan və loqosuna xüsusi diqqət yetirin. Bu adətən müştərilərin nəzərinin sataşdığı ilk məqamdır. Məkanın konsepsiyasını hazırlayarkən hər bir detala xırdalıqlarına qədər fikir verin. Brendin konsepsiyası ilə uzlaşan interyerdəki qeyri-adi və qeyri-standart məqamlar qonaqlarda maraq yaradaraq onları daimi müştəriyə çevirir ki, onlar da sosial şəbəkələrdə kafedə vaxtaşırı çəkdirdikləri şəkillərini paylaşmaqla ən bahalı marketinq siyasətindən belə daha keyfiyyətli və sərfəli olan reklam kompaniyasını həyata keçirmiş olurlar.

10. Tələbkar olun. Birinci növbədə özünüzə və əməkdaşlarınıza qarşı tələbkar olun. Yüksəkdə tutulmuş standartlar və tələblər sizə mütləq müvəffəqiyyət qazandıracaq. Hər bir əməkdaş məkanın adına, konsepsiyasına və standartlarına uyğun olmalıdır. Artıq uğur qazanmış və sizdən daha təcrübəli biznesmenlərin, kafe sahiblərinin ağıllı məsləhətlərindən yararlanmağa çalışın.

Mənbə: Bizplus.az

Ən sərfəli krediti almaq üçün müraciət et