Uberin çinli rəqibi $6 milyard cəlb edərək ikinci ən bahalı startup ola bilər | Banco.az

Uberin çinli rəqibi $6 milyard cəlb edərək ikinci ən bahalı startup ola bilər

Çində yaranmış, səfər sifarişi ximdəti həyata keçirən Didi Chuxing, növbəti investisiya raundunda, 6 milyard ABŞ dolları cəlb etməyi planlaşdırır, bu, onu dünyanın ikinci ən bahalı start-upına çevirə bilər, bu haqda Bloomberg və TechCrunch öz mənbələrinə istinadən yazır.

Bloomberg mütəxəssislərinin fikrincə, Didi 5 milyard dollar həcmində sövdən bağlanmasına yaxındır, sövdənin gerçəkləşməsi gələn həftə baş tuta bilər. Nəşrin məlumatına görə, investorlar arasında, SoftBank Group, Silver Lake Kraftwerk, China Merchants Bank və Bank of Communications yer alır.

Ən sərfəli kredit üçün müraciət et

TechCrunch-a müsahibəsində mütəxəssislər bildirib ki, sövdə nəticəsində bu servisin kapitallaşması (bazar dəyəri) 50 milyard dolları üstələyəcək, bu isə təxminən Uberin dəyərinə - 60 milyard dollara yaxındır.

 Bloomberg, qeyd edir ki, Didi bazar dəyərini 34 milyard dollardan (şirkətin dəyərləndirilməsi 2016-ci ildə, Çindəki Uberi alması zamanı aparılıb) 50 milyard dollara yüksəldərsə, o dünyada dəyərinə görə ikinci ən bahalı start up olacaq.

Hal-hazırda Didi bu siyahıda dördünücü yeri tutur, onu qabaqlayanlar isə Uber və Çinin Ant Financial (Alibabanın bir strukturu, dəyəri 50 milyard dollar) və Xiaomi ($45 milyard) layihələridir, ABŞ mətbuatı yazır.

Investisiya raundu həmçinin Çinin vençur layihələr tarixində ən böyük sövdə olacaq, həmçinin bununla Didi Çinin ən bahalı start-upına çevrilə bilər. Didinin rəsmi təmsilçiləri sövdə barədə hələ ki şərh vermir. .

Ən sərfəli krediti almaq üçün müraciət et