Tütün üçün 3,2 milyon manatlıq müqavilə | Banco.az

Tütün üçün 3,2 milyon manatlıq müqavilə

Azərbaycan Sənaye Korporasiyası (ASK) Qax və Şəki rayonlarında 60 ədəd tütün qurutma kameralarının tikintisinə 3,2 mln. manatdan artıq vəsait yönəldəcək.

ASK-nın məlumatına görə, "Fayton Ltd MMM" tütün qurutma kamerasının tikintisi üzrə podratçı olub.

Şirkətlə 3 mln. 241 min manat məbləğində müqavilə imzalanıb.

Azərbaycan prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 mln. manat təşkil edir.

Ən sərfəli kredit üçün müraciət et

İnterfaks-Azərbaycan

Ən sərfəli krediti almaq üçün müraciət et