Türkiyənin ən varlı adamı dəyişdi – YENİ ADLAR | Banco.az

Türkiyənin ən varlı adamı dəyişdi – YENİ ADLAR

Türkiyənin ən varlı adamları məlum olub. «Forbes Türkiye» bu il 14-cü dəfə hazırladığı “Ən Zəngin 100 Türk” siyahısını açıqlayıb.

Türkiyə üzrə «Forbes 100»-ə 119 nəfər daxil edilib, onların toplam sərvəti 99,9 milyard dollar təşkil edir. Ötən il sayı 40-ə çatan dollar milyardçısı sayı bu il 11 nəfər azalaraq 29 nəfərə düşüb. Ötənilki siyahı ilə müqayisədə bu il ən vardı adamların ümumi sərvəti 21,5 milyard dollar azalıb. Siyahıdakı 119 nəfərdən 101-də sərvətin azalması baş verib. 

Ən sərfəli kredit üçün müraciət et

Türkiyənin ən varlılarının siyahısında 3,8 milyard dollarlıq sərvətlə Erman Ilıcak yer alıb. Son beş ilin ən zəngini olmuş Murat Ülker isə 3,7 milyard dollarlıq sərvətlə ikinci sıraya düşüb. Üçüncü yeri 2,1 milyard dollarlıq sərvətlə Hüsnü Özyeğin və Osman Kibar bölüşür.

Bu il «Forbes 100»də 11 yeni ad yer alıb. Əvvəlki illərdə siyahıda olmuş, amma sonra siyahıdan çıxan 3 nəfər isə geri dönüb.

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et