Türkiyənin ən dəyərli markalarının adları açıqlanıb | Banco.az

Türkiyənin ən dəyərli markalarının adları açıqlanıb

Beynəlxalq marka qiymətləndirmə təşkilatı "Brand Finance"ın araşdırmasına görə, Türk Hava Yolları  1,7 milyard dolları aşan marka dəyəriylə keçən il olduğu kimi bu il də "Türkiyənin ən qiymətli markası" olub.

"Brand Finance" tərəfindən "Türkiyənin Ən Qiymətli markaları-Turkey 100" araşdırmasının 12-incisi tamamlanıb.

Siyahıda ilk yeri 1 milyard 735 milyon dollarlıq marka dəyərilə Türk Hava Yollar (THY),  2-ci yeri 1 milyard 637 milyon dollarlıq marka dəyərilə "Ziraat Bankası" tutub.

 "Garanti Bankası" 1 milyard 344 milyon dollarlıq marka dəyərilə üçüncü , "Türk Telekom" 1 milyard 185 milyon dollarla dördüncü, "Turkcell" 1 milyard 182 milyon dollarla beşinci yeri tutub. 

Marka dəyəri 1 milyard 135 milyon dollar olaraq təyin olunan "İş Bankası" siyahının altıncı pilləsində yer alıb

Ən sərfəli kredit üçün müraciət et

Növbəti yerlərdə 934 milyon dollarla "Akbank", 837 milyon dollarla "Arçelik", 647 milyon dollarla "Yapı Kredi", 458 milyon dollarla "Ford Otosan" gəlir.

 

İLK 100-ÜN MARKA DƏYƏRİ 19,8 MİLYARD DOLLARDIR

Araşdırmaya görə, Türkiyənin ən qiymətli 100 markasının cəmi dəyəri 19,8 milyard dollar olaraq hesablanıb.

Siyahıya bu il müxtəlif iş sahələrindən 7 yeni marka daxil olub. "Enerjisa", "Şok Market", "Nef İnşaat", "MLP Sağlık", "Yataş", "Avivasa" ve "Desa Deri"  siyahıya daxil edilib. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et