Türkiyənin beynəlxalq ehtiyatları sürətlə əriyir | Banco.az

Türkiyənin beynəlxalq ehtiyatları sürətlə əriyir

Türkiyənin beynəlxalq ehtiyatları (qızıl və valyuta) 15-21 aprel həftəsində 2,174 mlrd. ABŞ dolları və ya 2,07% azalaraq 102,967 mlrd. dollara düşüb. 

Türkiyə Mərkəzi Bankına (TCMB) istinadən xəbər verilir ki, hesabat həftəsində qızıl ehtiyatları 0,008 mlrd. dollar və ya 0,05% artaraq 17,429 mlrd. dollara, valyuta ehtiyatları isə 2,182 mlrd. dollar və ya 2,49% azalaraq 85,538 mlrd. dollara bərabər olub.

Bu ilin yanvarın 1-i ilə müqayisədə qızıl ehtiyatları 24,04% artıb, valyuta ehtiyatları isə 7,08% azalıb. Məcmu ehtiyatlar isə ilin əvvəlinə nisbətən 2,95% azalıb. Xatırladaq ki, ötən həftə Türkiyənin qızıl-valyuta ehtiyatları 1,205 mlrd. dollar və ya 1,13% azalma göstərib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu ehtiyatlar 10,17% azalma göstərib.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat həftəsində xarici investorlar Türkiyə maliyyə bazarlarında xalis 70 mln. dollar həcmində qiymətli kağız satıblar.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et