Türkiyəli yarışçı inanılmaz pullar qazanır - MƏBLƏĞ | Banco.az

Türkiyəli yarışçı inanılmaz pullar qazanır - MƏBLƏĞ

ABŞ-da yayımlanan "The Challenge" adlı yarışmanın Türkiyəli təmsilçisi Turabi, 5 ildə keçirilən yarışlarda 1.201 655,00 dollar mükafat qazanıb.

Banco.az xəbər verir ki, 2006-cı ildən etibarən Turabi gecə klublarında 85,83 dollar məvacib qarşılığında rəqqas olaraq fəaliyyətə başlayıb. O, 2014-2015-ci illərdə Survivor yarışlarına 2 dəfə qatılaraq ümumilikdə 343 359,42 dollar pul mükafatı və bir ev qazanmışdı. 

May ayında "The Challenge"də 858 400,00 dollar dəyərində mükafat qazanan Turabi yarışmanın avqustun 28-də başlayacaq yeni mövsümündə də iştirak edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Amerika və İngiltərənin birgə istehsalı olan "The Challenge" bu dəfə 343 359,42 dollar mükafat vəd edir. Tayland və Los Ancelesdə təlim keçən Turabi "Rəqiblərimi gördüm və onlarla müqayisədə çox şanslıyam. Bu müsabiqədə də qalib gələcəyimə inanıram." deyə açıqlama verib.

Məşhur yarışçı "Qazandığınız pulları hara xərcləmisiniz? sualına isə "Son qəpiyinə qədər ailəmə vermişəm" cavabını verib.

Aida İSAQ, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et