Türkiyədə yeni tarixi rekord | Banco.az

Türkiyədə yeni tarixi rekord

Türkiyədə ABŞ dollarının və avronun məzənnəsi tarixi rekord səviyyəyə yüksəlib. 

NTV-yə istinadən verilən xəbərə görə, birjalarda TRY/USD məzənnəsi 3,9075, TRY/EUR məzənnəsi isə 4,1089-ə çatıb.

Məzənnənin yüksəlməsinə səbəb Türkiyə Mərkəzi Bankının (TCMB) uçot dərəcəsini artıracağı ilə bağlı qərar qəbul etmək istəməməsidir. Belə ki, TCMB uçot dərəcəsinin artmasını iqtisadi artımı yavaşladacağını düşündüyünü dəfələrlə bəyan edib. İnvestorlar isə inflyasiya ilə uçot dərəcəsi arasında ciddi fərq əmələ gəldiyini səbəb gətirərək lirə aktivlərini sataraq xarici valyuta almağa başlayıb.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, TCMB-nin növbəti iclası yanvarın 24-də keçiriləcək.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et