Türkiyədə valyuta alışına yeni məhdudiyyət - 1 GÜN GÖZLƏMƏLİ OLACAQLAR | Banco.az

Türkiyədə valyuta alışına yeni məhdudiyyət - 1 GÜN GÖZLƏMƏLİ OLACAQLAR

Türkiyədə Bank bazarını tənzimləyən təşkilat (BDDK), bankların valyuta alışı və satışı əməliyyatlarına yeni qayda tətbiq edir.

Türkiyə mətbuatına istinadən xəbər verilir ki, BDDK-nın yeni qaydasına görə, 100 min dollar və daha yüksək məbləğdə valyuta almaq istəyənlər bir gün gözləyəcək. Xarici valyutanın Türk Lirəsi qarşılığı bir gün əvvəl yatırılacaq, alınan valyuta hesaba sabahısı gün keçəcək.

Qərar ilə spekulyativ valyuta tələbinin dayandırılması, bazar sabitliyinin dəstəklənilməsi məqsədləri güdülür. 

Ən sərfəli kredit üçün müraciət et

Valyutanı türk lirəsinə çevirənlər üçün müddət məhdudiyyəti yoxdur. Satılan valyutanın Türk Lirəsi qarşılığı eyni gün hesabda olacaq. 

Qaydanın bu gündən tətbiqinə başlanacaq.

Ötən günlərdə Türkiyədə valyuta alışına mində bir nisbətində vergi də tətbiq edilmişdir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et