Türkiyədə rekord işsizlik açıqlandı, Türk Lirəsi dəyərdən düşdü | Banco.az

Türkiyədə rekord işsizlik açıqlandı, Türk Lirəsi dəyərdən düşdü

Türkiyədə işsizlik nisbəti Yanvarda 14.7%-ə, gənclər arasında işsizlik isə 26,7%-ə yüksəlib.

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, Türkiyədə yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2019-cu ilin Yanvarında ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyon 259 min nəfər artaraq 4 milyon 668 min nəfər olub. İşsizlik nisbəti 3,9 bənd artım ilə 14,7% səviyyəsində baş tutub. Proqnoz 14,6% idi. 

Həmin dövrdə; kənd təsərrüfatı xaric işsizlik nisbəti 4,1 bəndlik artım ilə 16,8% təşkil edib. Gənc əhali (15-24 yaş) arasında işsizlik nisbəti 6,8 bənd artım ilə 26,7%,15-64 yaş qrupunda isə bu nisbət 3,9 bənd artım ilə 15% təşkil edib.

Ən sərfəli kredit üçün müraciət et

Məlumatın açıqlanmasından sonra, Türk Lirəsi ucuzlaşıb. Dollar/TL məzənnəsi yenidən 5.80 səviyyəsini aşıb.

Son dövrdə Türkiyədə seçkilərə dair qeyri-müəyyənliklər, S 400 məsələsi və ABŞ ilə münasibətlərə təsiri, Türkiyə Mərkəzi Bankının (TCMB) xalis ehtiyatlarındakı geriləmə kimi bir sıra amillər Türk Lirəsində təzyiqə səbəb olmuş, məzənnə Cümə günü 5.82-yə qədər yüksəlmişdi. Lirə həftəlik müqayisədə dollar qarşısında 3%-dən çox dəyər itirmişdi.

Ən sərfəli krediti almaq üçün müraciət et