Türkiyədə işsizlik ən yüksək səviyyəyə çıxdı | Banco.az

Türkiyədə işsizlik ən yüksək səviyyəyə çıxdı

Türkiyədə yaşı 15 və daha yuxarı olan işsizlərin sayı 2018-ci ilin Oktyabrında ötən ilin eyni dövrünə nisbətən 501 min nəfər artaraq 3 milyon 788 min nəfər olub.

İşsizlik nisbəti 1,3 bənd artım ilə 11,6% səviyyəsinə qalxıb. Bu, 2017-ci ilin Mart ayından bəri ən yüksək səviyyədir.

Ən sərfəli kredit üçün müraciət et

Proqnoz 11.4% idi. 

Həmin dövrdə; Kənd təsərrüfatı xaric işsizlik nisbəti 1,3 bəndlik artım ilə 13,6% olub. Gənc əhali (15-24 yaş) arasında işsizlik nisbəti 3  bənd artım ilə 22,3%, 15-64 yaş qrupunda bu nisbət 1,4 bənd artım ilə 11,9% təşkil edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et