Türkiyədə inflyasiya açıqlandı - LİRƏ NECƏ DƏYİŞDİ? | Banco.az

Türkiyədə inflyasiya açıqlandı - LİRƏ NECƏ DƏYİŞDİ?

Türkiyə Statistika Komitəsinin (TÜİK) məlumatlarına görə, ölkədə istehlakçı qiymətləri indeksi Dekabrda aylıq müqayisədə 0.40% düşüb (deflyasiya), illik müqayisədə isə 20.30% artıb.

Proqnoz istehlakçı qiymətləri indeksinin aylıq mənfi 0.28%, illik isə 20.45% olması idi.

İstehsalçı qiymətləri indeksi isə aylıq 2.22% düşüb. Proqnoz 1.50% idi. İllik müqayisədə isə 34.60% proqnoza qarşılıq 33.64% artıb.

Ərzaq inflyasiyası Dekabrda 25.66%-dən 25.11% geriləyib. Baza inflyasiya 19.53% olub, gözlənti 19.80% idi. 

Ən sərfəli kredit üçün müraciət et

Göstəricilər açıqlandıqdan sonra Dollar/TL məzənnəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 11:25-də məzənnə 0,9% artımla 5.44 səviyyələrində olub. Məzənnə gecə saatlarında 5.69 səviyyələrinədək yüksəlmişdi.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et