Türkiyə Parlamentində Xocalı heyətinin möhtəşəm qarşılanması | Banco.az

Türkiyə Parlamentində Xocalı heyətinin möhtəşəm qarşılanması

Fevralın 22-də Türkiyə Böyük Millət Məclisinin növbəti iclası Xocalı faciəsinə həsr edilib. TUİB.az xəbər verir ki, iclasda Xocalıdan olan millət vəkili Elman Məmmədov, Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat və Xocalı sakinləri iştirak edib. Çıxış edən parlament sədrinin vəkili Əhməd Aydın Xocalı faciəsinin 26-cı ildönümü ilə əlaqədar Ankarada olan və eyni zamanda TBMM-nin iclasında iştirak edən Azərbaycanın nümayəndə heyətini salamlayıb.

O, çıxışı zamanı Xocalı qətliamını ən sərt şəkildə qınayıb, faciə qurbanlarına Allahdan rəhmət diləyib. Bundan başqa Əhməd Aydın çıxışında Azərbaycanın acısının Türkiyənin acısı olduğunu da xatırladıb. Qeyd edək ki, TÜİB-in təşkilatçılığl ilə Ankarada görüşlər keçirən nümayəndə heyətinin parlamentdə yüksək səviyyədə qarşılanmasında, görüşlərin keçirilməsində, Rəcəb Tayyib Ərdoğanın Xocalı ilə bağlı çıxış mətninin hazırlamasında, o cümlədən də digər partiyalara “Xocalı həftəsi”nin xatırladılmasında Əhməd Aydının müstəsna xidmətləri olub.

Ən sərfəli kredit üçün müraciət et

 

Məclisdən sonra TBMM sədrinin vəkili Əhməd Aydın Xocalı Heyətini qəbul edib.

Ən sərfəli krediti almaq üçün müraciət et