Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı | Banco.az

Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı

Türkiyə Mərkəzi Bankı İyun yığıncağında pul siyasəti faizini dəyişdirməyərək 24%-də saxlayıb.

İqtisadçılar da faizdə bir dəyişiklik gözləmirdilər. 

Son dövrdə açıqlanan məlumatların iqtisadiyyatdakı sabitləşmə meylinin davam etdiyini göstərdiyi qeyd edilən Bankın açıqlamasında, sərt duruşun (yüksək faizin) inflyasiyanı hədəflənən çığıra salacağı qeyd edilib.

Qərardan sonra Dollar/TL  məzənnəsi 5.81-ən 5.79-a geriləyib. 

Açıqlamada deyilir; "Xarici tələb nisbətən gücünü qoruyur. Faizlərin yüksək olmasının təsirilə iqtisadi fəaliyyət yavaş qalmaqdadır.Cari balansdakı yaxşılaşma meylinin davam etməsi gözlənilməkdədir.  

Ən sərfəli kredit üçün müraciət et

 

"SƏRT PUL SİYASƏTİNİN QORUNMASINA QƏRAR VERİLDİ"

Faizlərin yüksək olması inflyasiyadakı enişi dəstəkləməkdədir. Bununla bərabər İdarə Heyəti, riskləri məhdudlaşdırmaq və inflyasiyanın eniş müddətini sürətləndirmək məqsədilə sərt pul siyasətinin qorunmasına qərar vermişdir.  

Mərkəz Bankı qiymət sabitliyi üçün əlindəki bütün vasitələri istifadə etməyə davam edəcək"

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et