Türkiyə iqtisadiyyatında son vəziyyət necədir? | Banco.az

Türkiyə iqtisadiyyatında son vəziyyət necədir?

Türkiyə iqtisadiyyatı yenidən mürəkkəb və riskli fazaya daxil olub. Bu barədə iqtisadçı alim Qubad İbadoğlu öz açıqlamasında bildirib. "Ötən ili 2,6 faiz artımla başa vurandan sonra 2009-cu ildən sonra ilk dəfə bu il üçün tənəzzül müşahidə olunur. Belə ki, bu ilin yanvar ayında türk iqtisadiyyatında eniş 3 faiz təşkil edib. Beynəlxalq Valyuta Fondu Türkiyədə bu il üçün 2,5 faiz azalma, 2020-ci il üçün elə o qədər də böyüməni proqnozlaşdırır. Bu o deməkdir ki, BVF-nin proqnozları doğru çıxsa yaxın 2 ildə Türkiyə iqtisadiyyatı böyüməyəcək. Hazırda iqtisadiyyatın ən böyük çətinliyi inflyasiya və dövlət borclarıdır. Ötən ay üçün qiymətlərin ümumi səviyyəsində 20 faiz artım qeyd olunub. Bələdiyyə seçkilərindən sonra türk lirəsi yenidən ucuzlaşmağa başlayıb, bu isə inflyasiya yaradan monetar amilləri xeyli ucuzlaşdırıb. 

Ən sərfəli kredit üçün müraciət et

Türkiyə ilə Rusiya arasında orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərini almaq barədə razılaşmadan sonra ABŞ-la münasibətlərdə artan soyuqluq milli valyutaya təsirsiz ötüşmür. Artıq 1 ABŞ dolları 5.77 türk lirəsinə satılır. Bələdiyyə seçkilərinə dair son qərarın gecikməsi də milli valyutanı təzyiq altında saxlayır. 
Dövlət borclarına gəlincə ötən ilin oktyabrında azalan borclar yenidən artmağa başlayın. Hazırda yalnız dövlət təminatlı borclar 112 milyard dollar təşkil edir. Türkiyənin iqtisadiyyatının və hərbisinin gücünün artımı Azərbaycanın maraqlarına uyğundur. Odur ki, Türkiyədə baş verənlər Azərbaycanda da narahatçılıqla izlənir".

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et