Türkiyə iqtisadiyyatında artım tempi zəifləyəcək | Banco.az

Türkiyə iqtisadiyyatında artım tempi zəifləyəcək

"Standard & Poor's" (S&P) beynəlxalq reytinq agentliyi yeni məruzəsində Türkiyə iqtisadiyyatındakı artım tempinin gələcək dönəmdə zəifləyəcəyini bildirib. Türkiyədə ÜDM-in artım sürətinin 3%-i keçməyəcəyi, işsizliyin isə artacağı gözlənilir.

Türkiyə bank sisteminə də toxunan Agentlik qısamüddətli depozitlərin və xarici valyutada borcların banklar üçün risk yaratdığını, biznes kreditlərinin 1/3-nin xarici valyutada olmasının türk lirəsinin məzənnəsində müşahidə olunan dalğalanmanı artıracağını qeyd edir.

Bu gün səhər məzənnə 2,78 TRY/USD səviyyəsinə qədər yüksəlib. Xatırladaq ki, məzənnənin tarixi maksimal həddi Türkiyədə son parlament seçkilərində AKP iqtidarının tək partiya olaraq seçilməməsi ilə 2,81 TRY/USD səviyyəsində olub. İlin əvvəlindən dollar 19% bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-ın "Citibank"ı TRY/USD məzənnəsinin cari ilin sonunda 3,04 səviyyəsinə qədər artacağını bildirir. Səbəb olaraq Türkiyənin terrorla mübarizə ssenarilərinin güclənməsi və erkən seçki səbəbindən iqtisadiyyatda qeyri-müəyyənliyin davam etməsi göstərilib. Əlavə olaraq, ABŞ-da uçot dərəcəsinin artması ilə dünya üzrə likvidliyin ABŞ dövlət istiqrazlarına axması səbəbindən Türkiyə kimi inkişaf etməkdə olan ölkələrdən nağd vəsait axınının sürətlənməsi qeyd edilir. Sonuncu amil xarici sərmayədən asılılığı yüksək olan Türkiyənin tədiyyə balansında problemlər yaradacağından xəbər verir.

Ən sərfəli krediti almaq üçün müraciət et