Türkiyə iqtisadiyyatı keçən ilin son rübündə 3% azalıb | Banco.az

Türkiyə iqtisadiyyatı keçən ilin son rübündə 3% azalıb

Türkiyə Statistik Komitəsinin (TÜİK) məlumatına görə, Türkiyə iqtisadiyyatı 2018-ci ildə 2.6% artıb.  İllik artımın 2% olması gözlənilirdi. 

2018-ci ildə Türkiyənin aqrar sektoru 1,3%, sənaye sektoru 1,1%, xidmətlər sektoru 5,6% artıb, inşaat sektoru isə 1,9% azalıb. 

2018-ci ildə adambaşına ÜDM cari qiymətlərlə 45 463 TL, ABŞ dollarında isə 9 632 Dollar olaraq hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

İqtisadiyyat keçən ilin son rübündə isə 3% azalıb. Bu, 2.5%-lik proqnozdan çoxdur.

2018-ci ilin dördüncü rübündə kənd təsərrüfatı sektoru 0,5%, sənaye sektoru 6,4%,tikinti sektoru 8,7%, xidmət sektoru isə 0,3% azalıb. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et