Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb | Banco.az

Türkiyə ABŞ istehsalı olan bir qrup məhsulun gömrük rüsumunu azaldıb

Türkiyə hökuməti ABŞ istehsalı olan 22 məhsulun gömrük rüsumunu yarıya qədər endirməyə qərar verib.

Türkiyə mətbuatının verdiyi məlumata görə, bununla bağlı qərar ABŞ-ın keçən həftə Türkiyədən polad və alüminium məhsullarına tətbiq etdiyi 50 və 20% əlavə vergini yarıya endirməsindən sonra qəbul olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Gömrük rüsumu azaldılmış məhsulların arasında sərt qabıqlı, təzə və ya qurudulmuş, qabığı çıxarılmış və yaxud soyulmuş meyvələr, düyü, alkoqol dərəcəsi 80%-dən yüksək olan məhsullar, likorlar və alkoqollu içkilər, tütün yarpağı və tütünlər, daş kömür var. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et