Türkiyə ABŞ-dan idxal edilən mallar üçün vergini aşağı salıb | Banco.az

Türkiyə ABŞ-dan idxal edilən mallar üçün vergini aşağı salıb

Türkiyənin ticarət naziri ABŞ-dan gətirilən 22 adda mala tətbiq edilən əlavə maliyyə yüklülüyünün yarıya qədər azaldıldığını bildirib. Bu qərarla ABŞ mallarına tətbiq olunan 521,2 milyon dollarlıq əlavə verginin həcmi 260,6 milyon dollara düşəcək. 

Nazir "Twitter" hesabından paylaşdığı qeydində ABŞ-ın Türkiyədən idxal edilən polad məhsulları ilə bağlı gömrük vergisini mayın 17-də 50 faizdən 25 faizə endirdiyini xatırladaraq, Türkiyə hökumətinin də bu qərardan sonra qarşılıqlı addım olaraq ABŞ mənşəli mallara vergi endirimi etdiyini bildirib: "ABŞ ilə ticarətin qarşısındakı əngəlləri aradan qaldırmaq və hökumətlərimiz tərəfindən qarşıya qoyulan 75 milyard dollar səviyyəsində ticarət dövriyyəsinə nail olmaq üçün səylərimizi davam etdirəcəyik". 

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et