Türkiyə 163 mlrd. dollar borc ödəyəcək | Banco.az

Türkiyə 163 mlrd. dollar borc ödəyəcək

Türkiyədə dövlət və özəl sektorun 1 dekabr 2016-cı il-1 dekabr 2017-ci il tarixləri arasında ödəyəcəyi xarici borcunun ümumi həcmi 163,3 mlrd. ABŞ dolları təşkil edəcək. Bu barədə Türkiyə Mərkəzi Bankının (TCMB) hesabatında məlumat verilib. 

Hesabatda bildirilib ki, bu məbləğin 19 mlrd. dolları və ya 11,6%-i Türkiyədə yerləşən bankların və özəl sektorun xaricdə yerləşən şöbələrinə və törəmə şirkətlərinə borclarından ibarətdir.

Ən sərfəli kredit üçün müraciət et

Məcmu borcun tərkibinə baxdıqda, dövlət sektorunun xüsusi çəkisinin 15,5%, TCMB-nin 0,5%, özəl sektorun isə 84% təşkil edildiyi görərik. Qısamüddətli xarici borcun 51%-i dollar, 30,6%-i avro, 15,6%-i türk lirəsi və 2,8%-nin digər valyutalardan ibarət olduğu qeyd olunub.

Qeyd edək ki, 6 yanvar tarixinə Türkiyənin qızıl-valyuta ehtiyatları 111 mlrd. dollar təşkil edib. 

©Report

 

Ən sərfəli krediti almaq üçün müraciət et