Türk lirəsinin antirekordu (VİDEO) | Banco.az

Türk lirəsinin antirekordu (VİDEO)

Türkiyədə 17 dekabr rüşvət əməliyyatından sonra lirənin qiyməti hər keçən gün bir az da ucuzlaşır. Uzağa getməyək, elə 100 Azərbaycan manatı ötən həftə 234 lirə idisə, indi valyuta məntəqələrində 270-lirəyə dəyişdirilir. Dollar və avroya görə isə, lirə daha çox ucuzlaşıb. Keçən həftə 100 dollar 206, bu həftə 218 lirəyə bərabərdir. 100 avro isə bu saatlarda 302 lirəyə bərabərdir. 

Valyuta dəyişmə məntəqələri isə ümidlidirlər. Onlar Turkiyə Mərkəzi Dövlət Bankının lirənin yenidən bahalaşmasını tənzimləyəcəyini gözləyirlər. 

Əslində Türkiyədə hazırda baş verən hadisələr fonunda dolların dəyər qazanması gözlənilən idi. Amma dolların lirəyə nisbətdə bu qədər artımı iqtisadiyyat üçün heç də yaxşı əlamət deyil və nəticə də artıq özünü göstərir. 
Türkiyədəki surprizlərlə dolu siyasi xaos ölkəni iqtisadi gərginliyə sürükləyir. Belə ki, dollar və avronun hər keçən gün məzənnəsinin yüksəlməsi ölkədəki məhsulların bahalaşmasına səbəb olur. Məsələn, keçən həftə 1 litr benzinin qiyməti 4 lira 93 kuruş idi, bu həftə isə artıq 5 lira 4 kuruşdan satılır. Gündəlik təlabat məhsulu çörək isə keçən həftə 75 kuruş idi, bu həftə artıq 1 liradan satılır. 

Hazırki vəziyyət hələki xaricdən gələnlərin də işinə yarayır.
İqtisadi analitiklər də hesab edirlər ki, əgər hökumət təcili olaraq qəti qərar qəbul etməsə, türk lirəsinin 1981-ci ildən bəri müşahidə olunan ən aşağı qiyməti bundan sonra da ucuzlaşmaqda davam edəcək.

Ən sərfəli kredit üçün müraciət et

anspress.com

Ən sərfəli krediti almaq üçün müraciət et