Türk Lirəsi yeni İslahat paketinə çox reaksiya vermədi | Banco.az

Türk Lirəsi yeni İslahat paketinə çox reaksiya vermədi

Türkiyənin Xəzinə və Maliyyə naziri Berat Albayrak yeni İslahat paketini açıqladı.

Albayrak Türkiyənin qarşısında 4.5 illik seçkisiz dövr olduğunu, gündəmin "iqtisadiyyatda islahatlar" olduğunu bildirib.

Albayrak islahatların başında maliyyə sektoru olduğunu bildirib. Nazir, "Ehtiyac olarsa özəl bankların  sərmayələri artırılacak. Bankaların sərmayələrinin gücləndirilməsi strategiyası çərçivəsində ilk addımımız dövlət banklarının kapitalını möhkəmləndirmək olacaq" deyib.

Albayrak, digər bir addımın bankların aktivlərinin keyfiyyətinin artırılması olacağını deyib. Nazir "bankların aktivlərinin keyfiyyətləri daha yaxşı bir səviyyəyə qaldırılacaq",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

Nazir şirkətlərin müflis olmasının qarşısını almaq üçün qaydalar hazırlanacağını bildirib.

Albayrak, sığorta, pensiya sistemində və real sektorda struktur islahatları aparılacağını qeyd edib.

Albayrakın təqdimatından sonra Dollar/TL məzənnəsi çox dəyişməyib. Bakı vaxtı ilə saat 12:45-də Dollar/TL məzənnəsi 0,11% miniusda 5.6894 lirə səviyyəsində olub. Məzənnə bu günə 5.69 səviyyələrindən başlamışdı.

İstanbul seçkisinə dair qeyri-müəyyənlik, S400 məsələsi son dövrdə Türk Lirəsi üzərində təzyiqə səbəb olur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et