Türk Lirəsi yeni hərbi əməliyyat xəbərilə ucuzlaşıb | Banco.az

Türk Lirəsi yeni hərbi əməliyyat xəbərilə ucuzlaşıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qısa müddət ərzində Suriyada Fəratın şərqinə hərbi əməliyyat təşkil edəcəklərini bildirib. 

"Tramp, ABŞ-ın Fəratın şərqindən çəkilməsini gündəmə gətirdi, amma gündəmə gətirməyə baxmayaraq cənab Trampın yanındakılar bu göstərişə hələ də əməl etmirlər. Təəssüf ki PKK, PYD və YPG kimi terror təşkilatları burada nizə atırlar. İraq üzərindən buralara gələn 30 min yük avtomobili silah yüklü, sursat, texnika yüklənmiş bütün bu vasitələr kimə gəlir? Nə üçün gəlir? Bunun hesabını soruşmaq bizim haqqımızdır. Çünki burada 911 kilometr sərhəd bizə aiddir. Tədbirimizi görmək məcburiyyətindəyik",- Ərdoğan deyib.

Ən sərfəli kredit üçün müraciət et

 

"Türkiyənin itirəcək bir günü belə yoxdur",- deyən Ərdoğan sözlərinə belə davam edib:

"30 kilometr dərinliyindəki təhlükəsiz zonada 2 milyon nəfəri məskunlaşdırmağı planlaşdırırıq (Suriya qaçqınlarını). Layihələrimiz hazırdır. Türkiyə öz təhlükəsizliyini regionda hesabı olan qüvvələrin kefinə tərk edəcək deyil".

Yeni hərbi əməliyyat xəbəri ilə Türk Lirəsi həftəyə ucuzlaşma ilə başlayıb. Bakı vaxtı ilə 08:30-a olan məlumata görə, Dollar/TL məzənnəsi 0,2% azalma ilə 5.7110 səviyyəsində olub. 

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et