Türk Lirəsi ABŞ Prezidentinin açıqlamasından sonra sürətlə bahalaşıb | Banco.az

Türk Lirəsi ABŞ Prezidentinin açıqlamasından sonra sürətlə bahalaşıb

ABŞ Prezidenti Donald Tramp, Rusiyadan S-400 raket sistemini aldığına görə Türkiyəyə hazırda sanksiya tətbiq etmək planları olmadığını söyləyib. Tramp, "S-400 məsələsində Türkiyəyə bu an sanksiya axtarışında deyiləm", - deyib.

ABŞ Prezidenti Tramp, Oval Ofisdə Türkiyənin S-400-ləri alması ilə bağlı sualları cavablandırıb. 

Tramp, "Türkiyəyə sanksiya tətbiq edəcəksiniz?" sualına, "Xeyr. Hazırda buna baxmırıq", - cavabını verib. 

Dünən Ağ Evdən verilən açıqlamada, S-400-lərə görə Türkiyənin artıq F-35 layihəsinin tərkib hissəsi olmadığı qeyd edilərək, "ABŞ, Türkiyə ilə strateji əlaqəsinə də çox dəyər verir. NATO müttəfiqləri olaraq əlaqələrimiz çoxlaylıdır və yalnız F-35-lərə bağlı deyil",- bildirilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) də "ABŞ, Türkiyənin strateji tərəfdaşlığına hələ də çox dəyər verir" açıqlamasını etmişdi.

Donald Trampın açıqlamasından sonra Türk Lirəsi 1% bahalaşıb. Dollar 5.63 lirə səviyyələrinə düşüb (Bakı vaxtı ilə saat 22:20-yə olan məlumat).

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et