"Türk Hava Yolları"nın xalis mənfəəti 3 dəfədən çox azalıb | Banco.az

"Türk Hava Yolları"nın xalis mənfəəti 3 dəfədən çox azalıb

Bu ilin II rübündə Türkiyənin milli aviadaşıyıcısı - "Türk Hava Yolları" şirkəti 133 milyon lirə (təxminən, 41 milyon manat) xalis mənfəət əldə edib. 

Bu barədə Türkiyənin İctimaiyyəti Məlumatlandırma Platformasında (Kamuyu Aydınlatma Platformu - KAP) yerləşdirilmiş hesabatda bildirilir. 

Ən sərfəli kredit üçün müraciət et

Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 70% və yaxud 3,3 dəfə azdır. 

Hesabat dövründə aviaşirkətin ümumi gəlirləri isə 35% artaraq 17,5 milyard lirəyə (5,424 milyard manat) çatıb. 

Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et