​"Türk axını" layihəsi dondurulub | Banco.az

​"Türk axını" layihəsi dondurulub

Banco.az "Report"a istinadən xəbər verir ki, Türkiyə ilə Rusiya arasında "Türk axını" layihəsi üzrə aparılan danışıqlarda bir nəticə əldə olunmadığı üçün bu məsələ ilə bağlı müzakirələr dayandırılıb. 

Mənbənin məlumatına görə, Rusiya "Türk axını" ilə bağlı müzakirələrdə bir-biri ilə əlaqəsi olmayan və mərhələli şəkildə həll edilməli olan bəzi məslələr haqqında eyni anda qərar qəbul edilməsini istəyib.

Rusiyanın qazın qiymətində Türkiyə üçün 10,25%-lik güzəşt sənədinə qol çəkməməsi də əsas problemlərdən biri hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, "Qazprom" ASC iyulda boru kəmərini inşa etməli olan İtaliyanın "Saipem" şirkəti ilə əldə edilən razılaşmanı ləğv edib.

Xatırladaq ki, 2017-ci ildə açılması gözlənilən xəttin Türkiyəyə illik 15,75 mlrd. kubmetr, 2020-ci ildən isə Yunanıstan üzərindən Cənubi Avropaya 63 mlrd. kubmetr təbii qaz ötürəcəyi gözlənilir.

Ən sərfəli krediti almaq üçün müraciət et