Turistlər ölkəmizə daha çox hansı məqsədlərlə gəlir? | Banco.az

Turistlər ölkəmizə daha çox hansı məqsədlərlə gəlir?

Hər bir insanın daxilində bir dəfə də olsun dünya turuna çıxmaq istəyi var. Bu səyahət insanı xoşbəxt etdiyi kimi ölkə iqtisadiyyatına da təsirsiz ötüşmür. Bir turist getdiyi ölkədə həm oteli, həm kafe, restoranları, həm də nəqliyyatı qazanır. Turizmin bu qədər gəlirliliyi və digər sahələrə təsiri ölkələri bu sahənin inkişafı üçün investisiya etməyə sövq edir. 

Turizmdən ən çox gəlir edən ölkələrin birincisi elə ABŞ-dır ki, o hər il turizmdən 244 708 milyon dollar gəlir əldə edir. Turizmdən daha çox gəlir əldə edənlər sırasında Avropa ölkələri üstünlük təşkil edir. 

Ölkə

Turizmdən əldə olunan gəlir (mln dollar)
1 ABŞ

244 708

2

İspaniya

60 605
3

Birləşmiş Krallıq

55 558
4

Tayland

53 465
5

Almaniya

52 129
6

Fransa

50 883
7

Çin

44 432
8

İtaliya

40 373
9

Honq Konq

37 976

10

Avtraliya

34 475

 

Ən ox turizmdən gəlir əldə edən ölkələrə daha çox turistlər gəlir düşünülə bilər. Bu turistlərin sayından başqa ölkədə qiymət səviyyəsindən də asılıdır. ABŞ ən çox gəlir əldə edən ölkə olsa da, turistlərin sayına görə 3-cü yerdə durur. Eyni zamanda, Çinə gələn turistlərin sayı 63 milyon olmağına baxmayaraq, bu sahədən əldə olunan gəlirə görə 7-ci yerdədir. Həmçinin Birləşmiş Krallıq turist sayına görə TOP-10 siyahıda sonuncu olsa da, gəlirlərinə görə 3-cü yerdədir.

Ölkə Turistlərin sayı (mln nəfər)
1

Fransa

89
2

İspaniya

83
3

ABŞ

80
4

Çin

63
5

İtaliya

62
6

Türkiyə

46
7

Meksika

41
8

Almaniya

39
9

Tayland

38
10

Birləşmiş Krallıq

36

Ən sərfəli kredit üçün müraciət et

Azərbaycanın  turizm gəlirləri isə 2018-ci ildə 2.6 milyard dollar olub. Turistlərin sayı isə 6% artaraq 2.8 milyon olub.  Bəs bu qədər turist ölkəmizə hansı məqsədlərlə gəlir?

Azərbaycana gələn bu turistlərin təxminən yarısına qədəri istirahət və əyləncə məqsədilə gəlir. Gələn turistlərin 787 mini işlə bağlı səfər edənlərdir. Qohum, tanış və dostlara baş çəkməyə gələnlər isə 652 min nəfərdir. Qalan digər turistlər isə müalicə, müqəddəs yerləri ziyarət etmək və s. məqsədlərə Azərbaycana üz tuturlar.

Xaricə gedən azərbaycanlılar isə 2019-cu ilin birinci yarısında 3 milyonu keçib. Azərbaycanlı turistlər də daha çox xaricə istirahət məqsədi ilə gedir.Lakin digərlərindən fərqli olaraq, müalicə və müqəddəs yerlərin ziyarəti üçün xaricə yollanan vətəndaşlarımız daha çoxdur.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et