“TuranBank”ın aktivləri 19,6 faiz artıb | Banco.az

“TuranBank”ın aktivləri 19,6 faiz artıb

Dekabrın 1-nə olan məlumata görə, “TuranBank”ın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,4 faiz, ilin sonu ilə müqayisədə isə 19,6 faiz artaraq 292,3 milyon manat təşkil edib.

Bankdan bildiriblər ki, hesabat dövründə “TuranBank”ın kredit portfeli 221,5 milyon manata, müştəri hesabları və depozit portfeli 134,1 milyon manata, depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi 69,6 milyon manata, məcmu kapitalı 56,4 milyon manata, gəlirləri 30,203 milyon manata, xərcləri 23,240 milyon manata, balans mənfəəti (vergidən əvvəlki) 6,963 milyon manata, nizamnamə kapitalı isə 47 milyon manata çatıb.

azertag.az

Ən sərfəli kredit üçün müraciət et

Ən sərfəli krediti almaq üçün müraciət et