"Turanbank"-a yeni sədr təyin edildi! | Banco.az

"Turanbank"-a yeni sədr təyin edildi!

TuranBankın Səhmdarlarının Ümumi Yığıncağının (SÜY) 29.06.2018-ci il tarixli qərarı ilə Bankın idarəetmə orqanlarının tərkibində dəyişikliklər edilmişdir.


İdarə Heyətinin sədri vəzifəsini icra edən Rauf Kazımov Müşahidə Şurasının sədri seçilmiş, Bankın İdarə Heyəti sədrinin birinci müavini olmuş Fəzail Musayev isə İdarə Heyətinin sədri vəzifəsinə təyin olunmuşdur. Eyni zamanda, SÜY-nın müvafiq qərarı ilə Bankın İdarə Heyətinin üzvü Orxan Qarayev İdarə Heyəti sədrinin müavini vəzifəsinə seçilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Bankın Müşahidə Şurasının sədri Fuad Musayev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk etmişdir.

Bankın idarəetmə orqanlarının yenilənmiş tərkibi ilə  rəsmi veb səhifəmizdən tanış ola bilərsiniz. 

Fed.az

Ən sərfəli krediti almaq üçün müraciət et