Trassant, Trast və Tratta | Banco.az

Trassant, Trast və Tratta

Trassant (veksel verən)

Köçürmə vekselinin sahibi.

T. Veksel üzrə borc məbləğinin ödənişi və aksepti üçün cavabdehlik daşıyır. T.-nin imzası traa üçün başlıca göstərici sayılır.

Trassat (ödəyici (köçürmə vekseli üzrə))

Köçürmə veksel üzrə borc məbləğinin ödəyicisi. Köçürmə vekselin son sahibinin borc məbləğinin təsbit olunmuş müddətdə ödənilməsi ilə bağlı müraciətindən sonra t. Ödənişi həyata keçirməyə borcludur.

TrasslaŞdırma

Kreditorla borcalan arasında borcu ödənilmə qaydasının, şərtlərinin müəyyənləşdirilməsi. Traanın köçürmə vekselinin qoyulması, veksel dövriyyəsinin, valyuta əmə liyyatlarının, müxtəlif formalı beynəlxalq hesablaşmaların, bu he sablaşmalar üzrə müqavilələrin tərkib hissəsi.

Trast

1) İşgüzar müstəvidə, əməkdaşları, kreditorları arasında yüksək imicə və etibarlıq səviyyəsinə malik müəssisə, təşkilat;

2) Etibarlığın qorunması, inamlı idarəetmə barəsində tərəflər arasında razılaşma, müqavilə, müqavilə sənədi;

3) Xüsusi şərtlər əsasında banka, kredit təşkilatına və ya başqa təşkilata idarə olunması məqsədilə verilən əmlak. Hüquqi və fiziki şəxslərin əmlakını etibarlı idarəetmə məqsədilə müvəqqəti cəlb edən subyekt, təşkilat trast-təşkilat, trast-şirkət adlanır. ayrı-ayrı xırda sahibkarlar tə rəfindən etibarlılıq əsasında kapitalın investisiya fondu şəklində birləşdirilməsi nəticəsində İnvestisiya trastı yaranır.

Trast-istiqraz

Emitent subyektin mülkiy yə tində olan əmlakın və qiymətlilərin təminatı əsasında buraxılan istiqraz vərəqələri. Təminatlılıq xüsusiyyə tinə görə t.-i.-nin bazar tələbi yüksək, bundan irəli gələrək gəlirlilik səviyyəsi nisbətən aşağı olur.

Ən sərfəli kredit üçün müraciət et

Trast-Şirkət

Etibarlılıq, yüksək inam əsasında müxtəlif istiqamətdə iqtisadi fəaliyyətlə məşğul olan şirkət, müəssisə. Əsas etibarilə bu şirkətlər əhali əmanətlərinin və qiy mətlilərinin idarə olunmasını həyata keçirir. Bu zaman cəlb olunan

əmlak və qiymətlilərə görə məsuliyyət trast-şirkətin üzərinə düşür. Trast şirkət maliyyə münasibətlərində başlıca vasitəçi, o cümlədən pul köçürmələri üzrə vasitəçi kimi də fəaliyyət göstərə bilər. Bəzi ölkələrdə ayrı-ayrı müəssisələrin pensiya fondlarının idarə edilməsi üzrə trast şirkətlər mövcuddur.

Tratta (köçürmə veksel)

Bir şəxsin (kreditorun) digərinə müəyyən məbləğin üçüncü şəxsə verilməsi haqqında yazılı tapşırığını özündə əks etdirir. Köçürmə vekseli verən şəxs - trassant, ödənişi həyata keçirməli olan şəxs - trassat, pulu almaq hüququ verilən şəxs isə remitent adlanır. Köçürmə vekselin obyekti əmtəə kapitalıdır. Köçürmə veksel istər daxili, istərsə də beynəlxalq ticarət münasibətlərində əsas hesablaşma sənədi hesab olunur.

Onun aşağıdakı növlərini ayırmaq olar:

1) Bank traası – bilavasitə bank tərəfindən verilən və təqdim etdiyi zaman sahibinə üzərində göstərilən məbləğdə ödəniş almaq hüququ verən köçürmə veksel. Bank traası çox etibarlı pul sənədi olduğuna görə nağd pul vəsaiti ilə bərabər tutulur. Adətən, bank traası bank daxilində pul hesablaşmaları üçün

istifadə olunur. Bank filialından bank traası əldə edən müştəri mərkəzi ofisdən, yaxud digər filiallardan ödəniş almaq imkanı qazanır.

Eyni zamanda, bank traasından xarici ticarət münasibətlərində geniş istifadə olunur.

2) Faiz traası – rəsmiləşdirildiyi gündən ödəniş müddətinə qədərki dövr ərzində borclu subyekt – trassat tərəfindən müəyyən faiz ödəmələri şərtilə razılaşdırılan traa – köçürmə veksel. Faiz traasından, əsasən, xarici ticarət mü nasibətlərində istifadə olunur.

3) Sənədli traa – ticarət mü nasibətləri zamanı əmtəə sənədləri ilə bir gə təqdim olunan köçürmə veksel.

 

Ən sərfəli krediti almaq üçün müraciət et