Trampın mətbuat konfransı maliyyə bazarlarına ciddi təsir edə bilər | Banco.az

Trampın mətbuat konfransı maliyyə bazarlarına ciddi təsir edə bilər

Qlobal maliyyə bazarları bu gün, yanvarın 11-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək ilk mətbuat konfransını gözləyir. 

Maliyyə bazarları üçün bu gün keçiriləcək mətbuat konfransı yanvarın 20-də gözlənilən prezidentin inauqurasiya mərasimindən daha önəmlidir. Belə ki, bugünki çıxışında D.Trampın vergi dərəcələrinin azaldılması və fiskal xərclərin artırılması barədə vədlərini yenidən təkrar edib-etməyəcəyi və bu qərarlar barədə bəyanatları diqqətlə izlənəcək. 

Qeyd edək ki, 8 noyabr prezident seçkilərindən sonrakı iki ay ərzində ABŞ dolları və ölkənin fond birja indeksləri məhz Trampın bu vədləri ilə kəskin artım göstərib. Bugünki mətbuat konfransında yuxarıda sadalanan vədlərlə yanaşı, Rusiya ilə münasibətlər, Çinlə ticarət əlaqələrinin gələcəyi, "Obamacare" adlanan səhiyyə islahatları ilə bağlı sualların cavabı maliyyə bazarları tərəfindən qiymətləndiriləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bugünkü mətbuat konfransından sonra dolların məzənnəsinin, fond indeksləri və xammal qiymətlərinin ciddi dəyişə biləcəyini proqnozlaşdırır.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et