Trampdan "Huawei" ilə bağlı sərt açıqlama | Banco.az

Trampdan "Huawei" ilə bağlı sərt açıqlama

ABŞ Prezidenti Donald Tramp, Ticarət Nazirliyinin Çinin texnologiya nəhəngi "Huawei Technologies Co" şirkətinə ABŞ-a tədarük üçün müvəqqəti lisenziya verməyə hazırlaşdığı barədə xəbərləri təkzib edib.

ABŞ Prezidenti, "Huawei ABŞ şirkətləri ilə iş görə bilməyəcək. Bu Çin şirkəti milli təhlükəsizliyə təhdiddir",- deyib.

Mövcud lisenziya müddəti 2019-cu il avqustun 19-da bitir.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ administrasiyası sözügedən şirkəti Çin hərbi rəhbərliyi və kəşfiyyatı ilə əməkdaşlıqda ittiham edərək istifadəçiləri izləməsindən də şübhələndiyini bildirib. Bununla bağlı Ağ Ev bir çox ölkələrə 5G mobil rabitə sisteminə keçən zaman “Huawei” avadanlıq və infrastrukturundan istifadə etməmələri üçün təzyiq edir.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et