Trampdan "Bitcoin" açıqlaması: "Yeganə valyutamız ABŞ Dollarıdır" | Banco.az

Trampdan "Bitcoin" açıqlaması: "Yeganə valyutamız ABŞ Dollarıdır"

ABŞ Prezidenti Donald Tramp "Twitter"dən "Bitcon" və "Facebook"un "Libra"sı daxil bütün kriptovalyutaları hədəf alıb. Tramp ABŞ-ın yeganə pul vahidinin ABŞ Dolları olduğunu vurğulayıb

ABŞ Prezidenti Donald Tramp "Twitter" hesabından bu dəfə kriptovalyutalara hücum edib. Ard-arda yazdığı 3 "tweet"lə kriptovalyutaları dəstəkləmədiyini açıqlayıb. 

Tramp yazdığı ilk "tweet"ində, "Qiymətləri oynaq olan "Bitcoin" və digər kriptovalyutaların tərəfdarı deyiləm. Tənzimlənməyən kriptovalyutalar narkotik ticarət, o cümlədən qanunsuz fəaliyyətlərdə istifadə edilir",- ifadələrini istifadə edib.

 

"BANK OLMAQ İSTƏYİRSƏ LİSENZİYA ALSIN"

Ən sərfəli kredit üçün müraciət et

Trampın növbəti "tweet"lərndəki hədəf "Facebook"un 2020-ci ildə bazara çıxarmağı planlaşdırdığı kriptovalyutası "Libra" olub. Bənzər bir şəkildə "Facebook"un virtual pulu "Libra"nın təhlükəsiz olmayacağını qeyd edən Tramp, "Əgər "Faceboo"k və digər şirkətlər bank olmaq istəyirsə bank lisenziyasına müraciət etməli, milli və beynəlxalq bütün digər banklar kimi bank tələblərinə tabe olmalıdırlar" bildirib.

Prezident Tramp açıqlamalarına belə davam edib: "ABŞ-da vahid valyutamız var və hazırda həmişəkindən güclüdür. Həm etibarlı, həm açıqdır. Açıq fərqlə dünyanın ən dominant pul vahididir və həmişə elə qalacaq. Bu pul vahidinin adı ABŞ Dolarıdır".

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et

Bank işi kursları

Banco Academy

Qeydiyyatdan keç