Tramp Boeing 737 Max 8 və 9 təyyarələrinin uçuşunu qadağan etdi | Banco.az

Tramp Boeing 737 Max 8 və 9 təyyarələrinin uçuşunu qadağan etdi

ABŞ Prezidenti Donald Tramp, ABŞ-ın da Boeing-ə aid 737 Max 8 və Max 9 model təyyarələrin uçuşunu qadağan etdiyini açıqlayıb.

Tramp verdiyi açıqlamada, həmin modellərin son beş ay ərzində ikinci dəfə qəza etməsi səbəbilə qadağan olduğunu bildirib. Tramp Boeing-in əla bir şirkət olduğunu və şirkətdən cavab gözlədiyini bildirib.

ABŞ Prezidenti Tramp, Ağ Evdə mətbuat nümayəndələrinə verdiyi açıqlamada, ikinci bir əmrə qədər Boeing 737 Max 8 və Max 9 tipi təyyarələrin yerə endirilməsinə qərar verdiklərini deyib. Tramp, sözügedən qərarın ABŞ Aviasiya Administrasiyası (FAA) tərəfindən dərhal icra olunacağını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Tramp, "Bu məsələni şansa buraxmaq istəmədim. Doğru olan şeyi etdiyimizi hiss edirik. Amerika xalqının və hər kəsin təhlükəsizliyi ən əsas prioritetimizdir. Ümid edirəm ki, (Boeing) qısa zamanda cavablarını təqdim edəcəklər, ancaq o vaxta qədər təyyarələri yerdə olacaq", - ifadələrini istifadə edib.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et