Tramp ABŞ şirkətlərinin "Huawei"yə proqram təminatı satmasına icazə verib | Banco.az

Tramp ABŞ şirkətlərinin "Huawei"yə proqram təminatı satmasına icazə verib

G20 ölkə rəhbərlərinin Yaponiyada keçirilmiş zirvə toplantısı zamanı Çində istehsal edilən "Huawei" mobil telefon istifadəçilərinin maraqla izlədikləri bir məsələyə aydınlıq gətirilib. ABŞ Prezidenti Donald Tramp Çinin dövlət rəhbəri Si Cinpin ilə görüşündən sonra iki ölkənin ticarət və əlavə gömrük vergilərinin tətbiqi ilə bağlı problemlərin həlli üçün yenidən müzakirələrə qayıdacağını bəyan edib. D.Tramp bundan sonra öz ölkəsinin Çinə qarşı əlavə gömrük vergiləri tətbiq etməyəcəyini bildirib. ABŞ Prezidenti əlavə gömrük vergiləri fonunda yaranmış "ticarət müharibəsi"ndə Çin ilə əldə etdikləri "atəşkəs" çərçivəsində Amerika şirkətlərinin "Huawei"ə proqram təminatı satılmasına qoyulmuş məhdudiyyətin də yumşaldılacağını bildirib. O, bunun tam şəkildə necə həyata keçiriləcəyinə hələlik qərar vermədiyini, lakin yaxın günlərdə bu istiqamətdə yol xəritəsi qəbul ediləcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az

Ən sərfəli krediti almaq üçün müraciət et