Toni Robbins’in 5220 dollarlıq seminarından ən maraqlı qeydlər! | Banco.az

Toni Robbins’in 5220 dollarlıq seminarından ən maraqlı qeydlər!

Məşhur Amerikan yazıçısı Toni Robbins ildə 2000 insanla görüşür və bir dəfə seminar verir.  Bu seminarlar 6 gün boyunca 12 saatdan çox çəkir. Giriş pulu 5220 dollar olan bu seminarlara dünyanın hər yerindən insanlar axın edir. Təsəvvür edə bilirsiniz? Nə az nə çox  5220 dollar. Halbuki hər hansı bir  kursa 200-300 manat verəndə canımız sıxılır. Hətta amerikada bu seminarlara qatılmaq üçün malını,mülkünü satan insanlar da var.  Banco.az komandası da axtarıb, araşdırdı və bu seminardan maraqlı qeydləri sizlərə məqalə formasında təqdim etdi.

Seminar başlamazdan öncə Robbins iştirakçılardan tanımadıqları biri ilə qucaqlaşmasını istəyir.

1 ) Sözlər şüuru idarə edə bilmə gücünə malikdir.

Alimlər dediyinə görə yüksək səslə söylənən fikirlər və ya müəyyən hərəkətdəykən deyilən sözlər  insanlara daha çox təsir edir.  Təcrübi olaraq baxsaq, bir kəsə yavaş səslə salam söyləməklə, yüksək səslə salam  söyləməyin arasındakı fərqə baxmaq olar. Birinci hərəkət heç kəsin diqqətinə çarpmaz, lakin ikinci hərəkət zamanı qarşımızdakı şəxsdə müəyyən marağa səbəb ola bilərik. Yəni Robbins deyir ki, təkcə sözlərlə uğur qazana bilməzsiniz, duyğularınızdan istifadə edərək sözləri işlədin.

2) Həyatın müəyyən dönəmində çətinlikləriniz  varsa bu böyüyüb, inkişaf etmək üçün bir bildirişdir.

İnsanlar müəyyən yaşdan sonra, özlərinə belə bir sual verirlər.  Öz bacarıqlarımı ətrafımdakılara necə ispatlaya bilərəm? Bu sual əslində sizin ətrafdakıların fikrindən asılı olduğunuzu  göstərər, deməli sizin çox böyük bir dərdiniz var. Həyatınızda böyük bir şey etməzsəniz və ya böyük ölçüdə uğurlu olmazsanız həyatınızın boşa getdiyini düşünüb sizə hörmət edilməyəcəyi hissinə qapılarsınız. Özünüzü yüksək təzyiq altında saxlama səbəbiniz də yetərli ola bilməmə qorxusudur,  elə deyilmi? Bunun əvəzinə niyə sualı dəyişdirib özümü daha çox necə dəyərləndirə bilərəm?  sualın vermirsiniz?

Ən sərfəli kredit üçün müraciət et

3) Depressiya bir xəstəlik deyil, sadəcə fokus nöqtəsidir.

Bir şeyə fokuslandığınız an bütün diqqətinizi ona verirsiniz. Bu yaxşı şeydir yoxsa pis?  Siz bütün hadisələri idarə edə bilməyəcəksiniz, amma onların sizin üzərinizdəki təsirlərini idarə edə bilərsiniz.  Fokuslandığınız hadisələri də kontrol edərək həyatınızı köklü  şəkildə dəyişdirə bilərsiniz. Amma unutmayın hazırda pula, daha uğurlu olmağa diqqətinizi verə bilərsiniz. Lakin bunlar olduqda belə yenə razı olmayacaqsınız. Çünki insan hər dəfəsində daha çox istəyən bir varlıqdır.

Həyatımızın keyfiyyəti , duyğularımızın keyfiyyətindən başqa bir şey deyil. Yaşamımızı şəkilləndirən güc və qüvvətdir, duyğular isə rənglərdir.

4) Qərarlar mənalardan yaranır.

Həyatınızı kontrol edən sizin qısa hekayələrinizdir. Bu hekayələrdən qərarlar formalaşacaqdır. Hekayənin yazarı da, qəhrəmanı da, hətta bəlkə anti qəhrəmanı da sizsiniz. Əgər yaxşı qərarlar vermək istəyirsinizsə hekayənizə nəzər yetirin.

5) Özünüz olmasanız özünüzü sevməkdə çətinlik çəkərsiniz.  

Özünüzü sevmək üçün səbəb axtarmayın. Siz olmasanız SİZ olmayacaqsınız.  Kiminsə həyatını yaşamayın, onun hərəkətlərini təqlid etməyin. Dünyaya Stiv Cobslar, Ceff Bezoslar bir dəfə gəlir. Yəni siz onlar kimi olmayacaqsınız, ya onlardan yaxşı olacaqsınız, ya da onlardan pis olacaqsınız.  Kimsə belə edib, uğur qazanıb deyə siz də elə etməyə məcbur deyilsiniz.

TEDx performansı sadəcə möhtəşəmdir !

Xəzər Aslanov. Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et