TL-nin çöküşündən qazanan HSBC olub | Banco.az

TL-nin çöküşündən qazanan HSBC olub

Böyük Britaniyanın maliyyə xidmətləri şirkəti HSBC, Türkiyədə Avqust ayında baş verən kəskin şəkildəki məzənnə hərəkətlərindən ciddi mənfəət əldə edib.

"Bloomberg News"un HSBC-nin dünən açıqladığı 2018-ci il üçün maliyyə nəticələrindən hazırladığı xəbərə görə, "HSBC Holdings Plc", Türk Lirəsində kəskin ucuzlaşmanın baş verdiyi Avqust ayında təkcə bir gündə 120 milyon dollar mənfəət əldə edib.

Türk Lirəsində dalğalanmaların təsiri ilə ortaya çıxan bu böyük qazanc, HSBC-nin bazar riski modellərinin proqnozlaşdırdığından iki dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Xəbərə görə, Türk Lirəsinin kəskin şəkildə dəyər itirdiyi iki həftəlik dalğalanmada "Deutsche Bank AG"dəki əməliyyatçılar isə 35 milyon dollar qazanıblar.

2018-ci ilin Avqust ayında dollar 7 lirəni keçmişdi.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et