Tezliklə Chuwi LapBook Plus noutbuku satışa çıxarılacaq | Banco.az

Tezliklə Chuwi LapBook Plus noutbuku satışa çıxarılacaq

“Chuwi” şirkəti, Intel platforması tərəfindən təmin edilən yüksək məhsuldarlıqlı “LapBook PLUS” noutbukunun yeni modelinin hazır olduğunu elan etdi. 

Qurğu 15, 6 düymlük keyfiyyətli 4K ekrana malik olacaq və 8 GB operativ yaddaşlı yeni nəsil dördnüvəli prosessor yüksək məhsuldarlıq təmin edəcək. Bundan əlavə, istehsalçı, həmçinin noutbuka, “Intel HD Graphics 505” quraşdırılmış video kartını yerləşdirib.

Ən sərfəli kredit üçün müraciət et

Daimi yaddaşın ölçüsü 256 GB təşkil edir, lakin əlavə sərt diskin quraşdırılması imkanı da saxlanılır. Bildirilir ki, yeni noutbuk 36,4 Vt akkumulyatorla uzun müddətli avtonom iş qabiliyyəti ilə təmin olunacaq. “LapBook plus”un satış tarixi hələ açıqlanmır.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et