Texnoloji layihələrdən ən çox pul qazanan ölkə hansıdır? | Banco.az

Texnoloji layihələrdən ən çox pul qazanan ölkə hansıdır?

Silikon Vadisi haqda bir çoxlarının məlumatı var. Bildiyiniz kimi bir çox texnoloji məhsullar məhz burda tanıdılır və onlara ev sahibliyi edilir. Bu dəfə sizi startuplardan ən çox pul qazanan ölkə ilə tanış edəcəyik. Yəqin ki, bir çox insan bu ölkənin Amerika və ya Çin olduğunu düşünür amma həqiqətdə bu ölkələr daha çox yatırıma pul ayıran dövlətlərdilər. Startuplardan ən  çox pul qazanan ölkə isə İsraildir. Ən məhsuldar yeniliklərə imza atsa da İsrailli startuplar texnoloji sferada əsasən kölgədə qalmağa üstünlük verir.

Maraqlıdır, İsrailli startupçıların ortaya çıxardığı işlərə hansılar aiddir? Bunlara aid bir sıra nümunələri sizin diqqətinizə çatdırırıq. USB flash kartlar İsrail şirkəti M-System tərəfindən yaradılıb. Daha sonra isə bu layihəni SanDisk Corporationa bir milyon dollardan da baha qiymətə satıb. Bundan əlavə nəqliyyat sisteminə nəzarət edən Waze tətbiqi də İsrailə aiddir. Bu tətbiq yoldakı vəziyyətləri analiz edərək gedəcəyiniz yerə daha asan çatmağınıza şərait yaradır. Çox yararlı olan bu tətbiq daha sonra Google şirkəti tərəfindən milyonlarca dollar qarşılığında alındı.

Ən sərfəli kredit üçün müraciət et

Bundan əlavə Taylandda mağarada sıxışıb qalan insanların qurtarılması prosesində İsrailə aid Maxtech Networks xüsusi hazırlanmış texnologiya istifadə etdi. Heç bir əlaqə vasitəsinin işləmədiyi həmin ərazidə yalnız bu vasitə ilə əlaqə saxlamaq mümkün oldu və 18 gün sonra mağarada qalan uşaqlar və onların rəhbəri çıxarıla bildi.

İsrail şirkətlərinin belə yeniliklər ortaya çıxarması tarixi təqribən 1998-ci ilə təsadüf edir. Həmin vaxtlar Mirabilis adlı şirkət  sürətli çatdırılma proqramı ICQ yaratmış və internetdə vacib yeniliyə imza atmışdı. Bu yenilik isə öz növbəsində MSN Messenger, Yahoo Messenger, və Skype kimi proqramların ortaya çıxmasına yardımçı olmuşdu.

İsrailin ən böyük şəhərlərindən biri olan Tel-Əviv öz növbəsində bir çox texnoloji şirkətlərə ev sahibliyi edir və burda fəaliyyət göstərmək üçün müraciət edən xarici şirkətlərdən hissə payı istəyir. Məhz buna görə də bu şəhəri Silikon Vadisi adlandırırlar.

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et