Texnologiya sərgisi CES2018 sərgisində qəribə hadisə yaşandı – Foto | Banco.az

Texnologiya sərgisi CES2018 sərgisində qəribə hadisə yaşandı – Foto

Hər il Las Vegas şəhərində təşkil edilən Consumer Electronics Show (CES) texnologiya sərgisində şirkətlər istehlakçılara yaxın zamanda bazara təqdim edəcəkləri məhsulları nümayiş etdiriblər.

Facemark.az xəbər verir ki, hər il davam edən CES2018 sərgisində isə yanvarın 11-də qəribə bir hadisə yaşanıb.

Yeni texnologiya, elektrik mühərrikli avtomobillər, 8K TV-lər, ağıllı robotlar və yeni telefonlar deyərkən sərginin keçirildiyi ərazidə işıqlar kəsilib.

Məlum olduğu kimi bütün bu texnoloji avadanlıqlar elektrik ilə bağlıdırlar. İşıqların kəsilməsi isə sərgi iştirakçılarında təəccüblü mənzərə yaradıb. Onlar nə baş verdiyini öncə anlamayıblar.

Ən sərfəli kredit üçün müraciət et

Xarici mətbuatın yazdığına görə isə elektrik kəsintisi təxminən 15-20-dəq davam edib.

Bu hadisə nəticəsində isə əcnəbi redaktorlar sərginin təşkilatçısı Gary Shapiroya Twitter üzərindən atmacalı tvitlər atıblar.

Xatırladaq ki, robot Sophianın bədən sahib olması xəbərini də jurnalistlər CES sərgisi zamanı yazmışdılar.

Ən sərfəli krediti almaq üçün müraciət et