Texnologiya dünyasında gizli mənası olan 7 məşhur logo | Banco.az

Texnologiya dünyasında gizli mənası olan 7 məşhur logo

Gizli mənaları olan dünyaca məşhur texnologiya markalarının loqosunu təqdim edirik. 

1. Picasa - İspan dilindən ev mənasını verən "casa" sözündən yola çıxılaraq hazırlanan markanın logosuna diqqətlə baxıldığında rənglərin köməyi ilə yaradılan çərçivənin ortasındakı ev fiquru gözə dəyir.

2. Amazon - Loqonun altındakı oxun "gülən üz" meydana gətirdiyinə böyük ehtimalla diqqət yetirmisiniz, ancaq saytdakı məhsul müxtəlifliyinə diqqət çəkmək adına oxun a'dan başlayıb z'yə uzandığına indi diqqət edə bilərsiz.

3. Cisco - Cisco'nun rəqəmsal siqnalını simvolizə edən logo eyni zamanda Golden Gate körpüsüdür. Körpü şirkətin adını aldığı San Francisco şəhərində yerləşir.

 

4. Nintendo - Nintendo oyun konsollarının loqosu iç içə keçmiş kublar kimi görünür. Ancaq diqqətli baxıldığında N və ətrafında yaranan G hərfi nəzərə çarpır.

Ən sərfəli kredit üçün müraciət et

5. Facebook Places - Facebookun Foursquare'ə rəqib olaraq inkişaf etdirdiyi ancaq çox geniş yayılmayan tətbiqin logosundaki qırmızı oxun hədəf olaraq Foursquare'in adında iştirak edən 4 rəqəmini işarə etdiyi görülür.

6. Rdio - Musiqi dinləmə tətbiqi Rdio'nun logosundaki d və o hərflərinin içinə diqqətlə baxıldığında iki məşhur tam not və dördlük not simvolları görülür.

7. Xna - Microsoftun oyun developerləri üçün təqdim etdiyi XNA markasının logosundaki narıncı qisim mors əlifbası ilə "xna" hərflərini meydana gətirir.

Pərvanə Aslanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et