Texno-bazarı fəth edəcək PlayStation 5 artıq yoldadır | Banco.az

Texno-bazarı fəth edəcək PlayStation 5 artıq yoldadır

Sony şirkətinin oyun dizayneri Mark Cerny, yeni PlayStation barədə məlumat verərək cihazın xüsusiyyətlərini belə nümayiş etdirib.

Məhşur modul mütəxəssisi, yeni məhsula "PlayStation 5" adını vermək istəmədiklərini deyib. Açıqlama zamanı məhsul “gələcək nəsil konsolu*” adlandırıb.

Konsol* - video oyunlar üçün nəzərdə tutulan xüsusi elektron cihaz

PlayStation 5 - mütəxəssislər tərəfindən inqilab edəcək fərqli bir “qutu” kimi qəbul edilir. 

Haqqında ehtiyatla danışılan məhsulun əsas modulu 7 nm (nanometrlik) texprosess və Navi əsasında işləyən 8-nüvəli AMD Zen çipindən ibar. 

AMD çipi özündə 3D səsləndirmə üçün xüsusi blok saxlayır. Məhz bu səsləndirmə köməyi ilə oyun zamanı akustik əlavələrə ehtiyac olmadan televizor dinamikləri ilə kifayətlənmək mümkündür.

Yeni konsolun ən fərqli hissəsi kimi sərt diski (hard disk) qeyd edilir.

Hətta üstün xüsusiyyətin nümayişi üçün Cerny PS4-də  “Hörümçək adam” oyununu yükləyərək lokasiyanın təyini üçün 15 saniyə gözləməli olur. Yeni konsol dekviti isə bu tapşırığın öhdəsindən cəmi 0,8 saniyəyə gəlir.

“Play Station 5 (PS 5)” konsolunun sürətinin dəfələrlə artdığı, oyun lobbisində gözləməyə ehtiyac olmadığı bildirilir. İstehsalçılar hətta Red Dead Redemption 2 kimi böyük həcmli (100 GB) oyunların belə dərhal yükləniləcəyini bildirir.

Ən sərfəli kredit üçün müraciət et

Yenə də PlayStation VR qarniturundan istifadə ediləcək. Belə ki, Sony brendi üçün virtual reallıq mühitinin qorunması prioritet məsələlərdən biridir.

Disk qutusu dəyişilməz qalaraq, PS 4 konsolunun oyunları üçün belə istifadə edilə biləcək.

Şirkət yeni konsolların tədricən istifadəyə veriləcəyini bildirir. Belə ki, bir müddət yeniliklər hər iki konsol (PS 4 və PS 5 modelləri) üçün hazırlanacaq.

Oyun ayında keçiriləcək E3 sərgisi zamanı Sony şirkət nümayəndələri ilk dəfə olaraq ərsəyə gətirdikləri yeni məhsul barədə açıqlama verməyəcək. Yeni konsolun bu il ərzində satışa çıxarılmayacağı bilinsə də artıq bir sıra şirkətlər yeni relizə uyğun oyunlar hazırlamağa başlayıb. Cerny satışa çıxarılmasa da konsolun təqdimat mərasiminin bu il baş tutacağını bildirib.  Belə ki, Sony şirkəti səs-küyə səbəb olacaq yeni PlayStation 5 modelinin təqdimat mərasimini 2019-cu ilin sonları, satışa isə 2020-ci ildə çıxarılacağını planlaşdırır.

Günel Gözəlova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et