Tether (USDT) nədir? Haradan almaq olar? | Banco.az

Tether (USDT) nədir? Haradan almaq olar?

Nominal pul vahidlərinə əsaslanan ilk kriptovalyuta olan Tether kriptovalyutalarla ənənəvu valyutaları bir araya gətirir. Dollar, avro və ya yenə indeksli rəqəmsal tokenləri istifadəçilərin istifadəçilərin xidmətinə təklif edən Tether Blockchain texnologiyasının faydalarından yararlanır.

Tether sayəsində dünyanın hər yerinə sürətli və etibarlı şəkildə pul göndərmək və ya kriptovalyuta bazarının dəyişkən xarakterindən təsirlənmədən kriptovalyuta saxkamaq mümkündür.

Tether-in “Omni” protokoluna əsasən, Bitcoin Blockchain şəbəkəsində və ERC20 standartına görə iki müxtəlif platformada fəaliyyət göstərir. “Omni” protokolu Blockchain şəbəkələrini bir araya gətirərək istifadəçilərin kriptovalyutalarını nominal valyutaya çevirmələrinə imkan yaradan açıq mənbəli proqram kimi təsvir olunur. Buna görə, dövriyyədə olan bütün Tether-lər platformanın ehtiyat hesabındakı nominal valyutalara əsaslanır.

Omni USDT və Ethereum USDT araşdırıldığında, hazırda bazarda təxminən 2.6 milyard dollar dəyərində Tether-in (USDT) olduğu nəzərə çarpır. Bunlardan 2,52 milyard dolları Omni Blockchain-də, 60 milyon dolları isə Ethereum Blockchain-də yer alır.

Kriptovalyuta bazarı getdikcə şaxələnir. Bundan dolayı yeni-yeni kriptovalyuta birjaları açılır. Ancaq ölkələrin sözügedən bazara münasibəti birmənalı deyil. Belə ki, əksər ölkələr kriptovalyutaları tənzimləmək istəyir. Belə tənzimləmələrə uyğun davranaraq nominal valyutalarla yaradılacaq kriptovalyuta əməliyyatı sahələrini bu cür qaydalara uyğun hərəkət etməklə siyahıya salmaq daha çətindir. Lakin Tether (USDT) sayəsində bu problem tədricən öz həllini tapır.

Bitcoin və ya Ethereum Blockchain-i üzərində yer alan hər 1 Tether-in qiyməti 1 dollar şəklində bazara çıxarılır.

Zaman-zaman kriptovalyuta cəmiyyətində mübahisələr yaratsa da, Tether-in kriptovalyuta istifadəçiləri üçün çox faydalı xidmətlər göstərdiyini söyləyə bilərik. Tether-i bir çox birjadan almaq olar.

Bunlar da maraqlıdır:

Ən sərfəli kredit üçün müraciət et

Pulsuz Bitcoin necə qazanılır?

Birja işində bilməli olduğunuz 15 anlayış

Bitcoin nədir - sadə dildə izahat

Blockchain nədir - sadə dildə izahat

Kripto investorun qısa lüğəti

Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?

Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı  saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.

kripto.az

Ən sərfəli krediti almaq üçün müraciət et