Tesla Roadster hələ ki, istehsal olunmasa da dinamikada geriləyir | Banco.az

Tesla Roadster hələ ki, istehsal olunmasa da dinamikada geriləyir

Yeni nəsil elektrik hiperkarı “Tesla Roadster” hələ istehsal olunmayıb. Başlanğıcda, maşın yalnız təqdim edildikdə, “Tesla” sürəti sıfırdan başlayaraq, 60 mil/saata (yəni 96 km/s) qədər yığmaq üçün 1,9 saniyə vaxt gərək olduğunu bildirmişdi.

Eyni zamanda, maşın 100 km/s-a qədər sürəti 2,1 saniyəyə yığmalı idi. Hər halda, “Tesla”nın rəsmi saytı metrik sistemin istifadə olunduğu ölkələrdə belə göstərir.

Lakin, görünür “Tesla” hiperkarın parametrlərinə bir az düzəliş edib. Belə ki, İlon Mask, maşının saatda 60 milədək sürəti 2,1 saniyə müddətində yığacağını yazıb. Hələ ki, şirkətin rəsmi saytında yeni göstəricilər əks edilməyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, yeni “Roadster”, yüksək təzyiqli metal kompozit bakları (Composite Overvrapped Pressure Vessel; COPV) quraşdırma da daxil olmaqla “SpaceX” paketini təklif edəcək ki, bu da maşını daha sürətli etməlidir.

Eyni zamanda “Tesla” belə bir paketlə elektrik avtomobillərinin dinamikasının nə qədər yaxşılaşa biləcəyini söyləməyib. 1,9 saniyə müddətində 96 km/saat sürət toplamağın məhz “SpaceX” paketi sayəsində əldə oluna biləcəyi güman edilə bilər. Hələlik isə Maskdan daha aydın şərhlər gözləmək lazım gələcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et