Təqaüdə çıxdıqdan sonra ölümü gözləməyin! | Banco.az

Təqaüdə çıxdıqdan sonra ölümü gözləməyin!

Dünyanın əksər ölkələrində insanlar özləri üçün yatırım edirlər. Yəni bir növ gələcəyə sərmayə qoyurlar. Bu sərmayə həm uzunmüddətli, həm də qısamüddətli olur. Uzunmüddətli sərmayə əsasən qocalıq dövrü üçün nəzərdə tutulur. Insanlar qocalandan sonra necə və harada yaşayacaqlarını gənc yaşlarından etibarən düşünüb, planlaşdırmağa başlayır. Bəziləri təqaüd dövrünü, ömrün qızıl illəri adlandırır. Çünki, artıq məsuliyyəti bir növ kənara qoyursan və istədiyin şeylərlə məşğul olmağa kifayət qədər vaxtın olur.

Avropada eləcə də, dünyanın inkşaf etmiş dövlətlərində insanlar qocalıq dövrünü çox səmərəli keçirirlər. Çünki, buna illər öncədən hazırlıq görülür. Yaşayış, sığorta, sağlamlıq, hətta səyahət xərcləri də əvvəlcədən planlaşdırılır.

Bəs bizdə vəziyyət necədir? Təəssüfki, cəmiyyətimizin yaşlı təbəqəsinin müəyyən hissəsi öz qeydlərinə lazımınca qalmır. Təqaüdə çıxdıqdan sonra, nəqədər acı səslənsə də oturub ölümlərini gözləyirlər. Valideynlik borcunu artıqlaması ilə yerinə yeritməyə çalışarkən, öz həyatları, istəkləri, arzuları unudulur.  

Ən sərfəli kredit üçün müraciət et

Yəqin ki, filmlərdə və ya digər proqramlarda bələdçilərin müşayət etdikləri yaşlı turist cütlükləri siz də görmüsünüz. Və ya həmyaşıdlar arasında təşkil olunan müxtəlif faydalı və əyləncəli dərnəklər. Onlar qocaldıqdan sonra belə, əsl gənc kimi yaşamağa, hətta yaratmağa davam edirlər. Gündəlik idmanlarından, sağlam qida rasionlarından qalmırlar.

Bu çatışmazlığı aradan qaldırmaq təbii ki, mümkündür. Əgər  istəyirsiniz ki, ahıl çağlarınız səmərəli və maraqlı keçsin, onda gələcək üçün sərmayə qoymağa indidən başlayın. Mütəxəssislər hesab edir ki, illik qazancımızdan 20% kənara qoysaq, sonda istədiyimiz məbləği əldə edə bilərik. Həmçinin onlar pulları depozit kimi saxlamağı və ya şəxsi bank hesabına əlavə etməyi məsləhət görürlər.

Ən sərfəli krediti almaq üçün müraciət et