Təqaüdçülər üçün kreditlər | Banco.az

Təqaüdçülər üçün kreditlər

Pul insana hər yaşda lazım ola bilər, o cümlədən təqaüdçülərə

Yaşınızın ahıl çağlarında həyatınızda nəyisə dəyişmək qərarına gələ bilərsiniz və bunun üçün sizə pul lazım olacaq. Həmçinin bu pullar ilə kiminsə köməyinə çatmağa çalışanlar var. Ola bilər ki, evdə yalnız valideynlərin təqaüdünü rəsmi şəkildə təsdiq etmək olur. Siz isə çalışdığınız yerdən iş haqqında arayış ala bilmirsiniz.

Təqaüdçülər kreditə olan ümidini itirməli deyillər. Onlar üçün də xüsusi şərtlərlə bu məhsulu təqdim edən banklar vardır.

Şərtlər əsasən bunlar olur:

  • Krediti alan şəxs təqaüd yaşına çatmış olmalıdır (maksimim yaş həddi isə bankdan asılı olaraq dəyişə bilər, müqavilənin  bitmə tarixinə qədər ərizəçinin maksimum yaşı adətən 65 göstərilir, lakin qadınlar və kişilərdə bu rəqəm fərqli ola bilir.
  • Tələb olunan sənədlər: təqaüd alması haqqında arayış, yaşayış yerindən arayış (məcburi köçkün olduğu təqdirdə)
  • Ərizəçi təqaüd aldığı haqda arayış təqdim etməlidir.

Bank

Məbləğ

Faiz, İllik

Müddət

Əlavə məlimat

ExpressBank, Hər kəs yaşlı olmaq istəyəcək

Maks. 6000 AZN, təqaüdün 10 misli

maks. 28%

12-36 ay

3000-dən çox olduqda zamin

Bank BTB, Təqaüdçü krediti

Maks. 1000 AZN

maks. 36%

3 - 36 ay

Yalnız yaşa və xidmət ilinə görə təqaüdə çıxanlar

DəmirBank, Təqaüdçü krediti

Maks. 6000 AZN, təqaüdün 6 misli

maks. 30%

12 aya qədər

3-cü şəxsin zaminliyi

Azər-Türk Bank, Təqaüdçü krediti

Maks. 5000 AZN

maks. 23%

12-24 ay

Minimum təqaüd haqqı 500 AZN

MuğanBank, Təqaüdçü krediti 

Maks. 10000 AZN

maks. 27%

3-36 ay

 

Bank of Baku,Təqaüdçü krediti 

Maks 1000 AZN

maks 32%

6-12 ay

 Min. təqaüd haqqı 170 AZN, Fərdi hallarda 3-cü şəxsin zaminliyi

Unibank,Yaşlı olmaq sərfəlidir

Maks.7500 AZN

maks   29 %

3-48 ay

5000 AZN-dən çox olduqda zamin

RabitaBank, Hər yaşın öz krediti var! 

Maks. 3000 AZN

maks   29 %

3 - 24 ay

 

Parabank, Təqaüdçü krediti

Maks 3000 AZN

maks. 33%

12-36 ay

Sabit təqaüd alan fiziki şəxslər (rezidentlər)

Ən sərfəli kredit üçün müraciət et

Məbləğ yüksək olduqda banklar sizdən zamin tələb edə bilər

Zaminə qarşı tələblər:
• Yaş həddi: minimum 20, maksimum 65 yaş olmalıdır 
• Tələb olunan sənədlər:  şəxsiyyət vəsiqəsi, iş yerindən arayış, təqaüd alması haqqında arayış (təqaüdçü olduğu halda), yaşayış yerindən arayış (məcburi köçkün olduğu təqdirdə)

• Son iş yerində staj minimum 6 ay olmalıdır.

Zaminin aylıq gəliri kreditin aylıq ödəniş məbləğinin 60%-dən çox olmalıdır

Bununla yanaşı DSMF-nin Azərbaycan Beynəlxalq Bankı ilə əldə etdiyi razılığa əsasən təqaüdünü kartla alan təqaüdçülər, plastik kartlarına daxil olan vəsaitləri istifadə etdikdən sonra ilkin olaraq 100 manat məbləğlərində kredit xətti əldə edə bilər. Onlar bu krediti yalnız nağdsız ödənişlər üçün istifadə edə və 3 ay ərzində heç bir faiz ödəmədən geri qaytara bilərlər.

Ən sərfəli krediti almaq üçün müraciət et