Təmiz hava sataraq 1 ildə 230 min dollar qazanan iki gəncin hekayəsi | Banco.az

Təmiz hava sataraq 1 ildə 230 min dollar qazanan iki gəncin hekayəsi

39 yaşlı Lam və 32 yaşlı Paquette dünya miqyasında Banff havası satan Vitality Air şirkətinin qurucularıdır.

Moses Lam və Troy Paquette dünyanın ən gözəl və ən təmiz havasına sahib yerlərdən biri olan Kanadanın Banff Milli Parkının havasını kiçik butulkalara doldurub bir ədədini 20 dollara satmaqla ötən il 230 min dollar qazanıblar.

2015 – ci ildə şirkəti qurmaq üçün əksər hissəsini Lam təmin etməklə 1 milyon dollar yatırım ediblər. Bir yük maşınına 60 000 dollar və qoşqu vasitəsinə isə 14 000 dollar xərclədilər. İdeyalarını reallaşdırmaq üçün bir zavodla əməkdaşlığa başladılar və havanı şişirtmək üçün ən son texnologiya ilə oranı təmiz otağa çevirdilər.

Yaratdıqları sistemlə havanı bir qurğu vasitəsilə alovlandırdıqdan sonra boş çənlərə və daha sonra kiçik butulkalara doldururlar. “Bir butulkanın içində olsa belə, sahib ola biləcəyiniz ən təmiz hava” şəklində bir marketinq strategiyası ilə sözügedən havanı insanlara satırlar. Bir butulkasını 20 dollara satdıqları təmiz havanın alıcı kütləsi də hər ötən gün artır. Ötən il şirkət 40 000 ədəd satış həyata keçirib və yaxın zamanda bu göstəricininin iki dəfə artacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, onlar bu işə başlanğıcda zarafatyana yanaşsalar da, zamanla fikir reallığa çevrilib. Çindən Hindistana, Meksikadan Amerikaya qədər insanlar Vitality Air şirkətinin təmiz hava dolu butulkalarını satın alırlar. Xatırladaq ki, butulkalardan tibbi məqsədlə oksigen balonu olaraq istifadə edilmir, insanlar sadəcə olaraq hava satın almaq istədikləri üçün bu butulkaları alırlar.

Həmçinin oxu: Gülməli olsa da pul gətirir: Dennis Hope'ın planet satmaq fikri!

Tamara Mustafayeva, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et