Tələbələrə kredit veriləcək | Banco.az

Tələbələrə kredit veriləcək

Bakıda Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının həyata keçirilməsi üzrə təhsil nazirlərinin 4-cü iclası keçirilib

Təhsil naziri Mikayıl Cabbarov iclasın açılış mərasimində çıxış edərək iştirakçılara “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində ölkəmizdə aparılmış təhsil islahatları və 2005-ci ildə Boloniya prosesinə qoşulduqdan sonra Avropa Vahid Təhsil Məkanı Konsepsiyasının Azərbaycanda həyata keçirilməsi prosesi barədə məlumat verib. M. Cabbarov deyib ki, bu prosesin gedişində ölkənin təhsil sistemi ənənəvi inzibati amirliyə əsaslanan idarəetmədən imtina edib, açıq və demokratik olub, eyni zamanda əmək bazarının tələblərinə istiqamətlənib, əldə olunan bilikləri reallıqda tətbiq etmək imkanlarına yiyələnib: “İqtisadi inkişafı saxlamaq və daha da möhkəmləndirmək təhsil sisteminin keyfiyyətindən və onun formalaşdırdığı insan kapitalından asılıdır".

Ən sərfəli kredit üçün müraciət et

Nazir bildirib ki, son 4 ildə ali məktəblərin birinci kurs tələbələrinin sayı orta hesabla 30 faiz artıb, adambaşına maliyyələşmə mexanizminə keçid başa çatdırılıb, ali təhsilin akkreditasiyası və onun keyfiyyətinə nəzarət orqanının yaradılmasına başlanıb. Ölkənin ali məktəblərində artıq Avropa Kredit Transferi Sistemi prinsipləri tətbiq olunur. Bu il ərzində isə milli tələbə kreditləri və qrantları sistemi işə salınacaq. Xaricdə təhsil üzrə imkanların artırıldığını deyən nazir bu sahədə həyata keçirilən dövlət proqramının davamlı olacağını vurğulayıb.

pia.az

Ən sərfəli krediti almaq üçün müraciət et