Təhsilsiz və təcrübəsiz şəxsin qurduğu milyardlıq şirkət | Banco.az

Təhsilsiz və təcrübəsiz şəxsin qurduğu milyardlıq şirkət

İstedad və bilik insanı irəli aparan ünsürlər olsa da istək həyatda əsas aparıcı rol oynamaqdadır. Bir işi həyata keçirmək istəyirsinizsə, mütləq ona start verməlisiniz, əks halda bu sadəcə arzu olaraq qalacaq. Təbii ki, bu yolda alacağınız riski də göz önünə almalısınız. Bu dəfə banco.az sizi dünyanın ən böyük şirkətlərindən biri olan Panasonic-in  yaradıcısı haqda məlumatlandıracaq.

Həmçinin maraqlıdır: Chanel markasının yaranma tarixi haqda BİLMƏDİKLƏRİNİZ​

Bu şəxs çox kasıb ailədə anadan olub və 9 yaşı olanda kiçik bir mağazada ailəsinə kömək etmək məqsədilə işə başlayıb. Vəziyyət belə olduqda o, təhsilini başlamadan bitirməyə məcbur qalıb. Bir müddət həyatına belə davam edən Konosuke Matsuşita sonradan elektrik şirkətlərinin birində işə qəbul olmuş və burda elektrik lampaları və təchizatı ilə maraqlanmağa başlamışdı. Hər gecə işdən sonra bu sahədə öz biliklərini artırmaq üçün eksprimentlər aparmış və sonda işıq lampası patronunu yaratmağa nail olmuşdu. O, yeni kəşfi haqda öz rəhbərinə məlumat versə də o, bunun mənasız olduğunu bildirmişdi. Lakin o, öz məqsədindən dönməmiş, təcrübəsiz, təhsilsiz və imkanlarının məhdud olmasına baxmayaraq 22 yaşında öz ideyasını gerçəkləşdirmək üçün ciddi bir qərar vermişdi. Qısa zaman sonra Konosuke öz yoldaşı ilə birgə işıq lampası patronunu istehsal etməyə başlayır. Lakin buna baxmayaraq, heç bir mağaza bu məhsulları almaqda maraqlı olmur. Vəziyyətin uzun zaman belə davam etdiyini görən Konosuke yenidən öz stabil işinə geri qayıtmaq haqda düşünür, lakin onun bəxti gətirir və ümid etmədiyi anda 1000 ədəd belə işıq patronu sifarişi qəbul edir. Beləliklə, o, ilk biznesinin əsasını qoyur.

Ən sərfəli kredit üçün müraciət et

Artıq uzun illərdir fəaliyyət göstərən Panasonic şirkətinin illik gəliri 65 milyard dollar olub, işçi sayı 250.000 nəfər təşkil etməkdədir. İndi Panasonic məhsulları bütün dünyada satılmaqdadır. Burdan belə qənaətə gəlmək olar ki, istəklər yeniliklərin əsasını qoymaq üçün təməl addımdır, ondan sonra ortaya çıxan məyusluqlar və əldə olunan təcrübələr qazanılan mükafatların başlanğıcıdır.

Həmçinin maraqlıdır:  Alibaba şirkətinin rəhbəri Cek Ma öz vəzifəsindən istefa edir​

Nəcibə Yusifova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et